Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Dekabr 22:50
Şərh Yoxdur
1066

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya gətirsin. Həzrət Əlinin (ə) bu cür istəyində məqsəd nə olduğunu heç kəs hətta Əqilin özü belə başa düşmədi. Zaman keçdi Kərbəla hadisəsi bu sirrin üstündən pərdələri çəkdi.
Sən, Ey Fatimeyi Kəlabiyə! İffətinlə şöhrət qazanmışdın… O zaman sənin kimi xanımlar olsa da nə üçün həzrət səni bəyəndi amma bunu bilirəm ki, sən Heydərin (ə) evində gəlin oldun.
Yenə bəziləri qeybət etməyə başlamışlar ki, bundan sonra Həsən, Hüseyn, Zeynəb və Ümmü Külsüm günləri daha da qara olacaq.
Lakin sən mərifətini elə o zaman göstərərək həzrət Mövla Əli (ə) ilə şərt kəsdin ki, bundan sonra məni Fatimə çağırma. Hər dəfə məni o gövhərin adı ilə çağıranda uşaqların anaları üçün ağladığını görürəm. Əlinin (ə) evinə gəldiyin birinci gündən Zeynəbə (s) ərz etdin ki, mən bu evin gəlini yox xidmətçisi sən isə evin xanımısan. Bax bu cür başladı yaşayışınız və camaatın bəhanəsi kəsildi, amma Allah Əliyə (ə) və sənə bir övlad əta etdikdən sonra yenə də hər kəs bir söz deməyə başladı. Biri dedi: daha bitti hər şey, bu da sonu, daha Zəhranın (s) övladları gözdən düşəcək amma… .
Həmin gün Əli (ə) və övladları süfrə başında oturmuşlar. Abbası qucağına alıb asta-asta onların yanına gedib Abbası Zəhra (s) balalarının başına dolandıraraq hamını heyran etdin.
  Abbasım sizə fəda olsun! Yavaşca deyib ağlayırdın. Abbasım sənə fəda olsun Həsən can! Abbasım sənə fəda olsun Zeynəb can! Abbasım sənə fəda olsun Ümmü Külsüm! Nəhayət Abbasını Hüseynə (ə) fəda etdin.
Adın Fatimə idi amma Fatimə deyə çağırılmaq istəmirdin. İlk dəfə Fatimə çağırıldıqda oturub göylərin və yerin xanımlar xanımı olan həzrət Fatiməyə (s) ahu zar edib ağladın. Özünü onun əzəməti ilə müqayisə edib dedin: “Məni Fatimə çağırma”. Fatimə peyğəmbərin (s) Kövsəri və varlıq aləminin anasıdır. Əgər ləyaqətim varsa mən onun kəniziyəm.
  Bəli düzdür ki, sən Peyğəmbərin (s) Kövsəri deyildin amma amma onun məktəbinin məzunu idin. Lakin bu gün Bəqi qəbristanlığı yeni qonağını qəbul edir. Bu gün sən Fatimə binti Əsədin və imam Həsənin (ə) qəbri kənarında torpağa tapşırıldın.
Əziz və hörmətli mömin bacı və qardaşlar Həzrət Əlinin (ə) ləyaqətli köməyi həzrət Ümmül Bəninin vəfatı günü münasibəti ilə öndə həzrət Sahib Zamana (əc) sonra siz əziz bacı qardaşlara başağlığı deyir Allahdan o xanımı bizlərə şəfaətçi qərar verməsini diləyirik.
Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..