Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Mart 09:30
Şərh Yoxdur
7587

Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir

Könüllü və müstəhəb oruc tutmağın fəzilətləri

 

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurur:

“Kim könüllü olaraq bir gün oruc tutsa, əgər ona yer üzü qədər qızıl da verilsə öz mükafatını tam şəkildə almamış olar və yalnız hesab günü mükafatını bütünlüklə alar.”[1]

“Kim İlahi savab qazanmaq üçün bir gün könüllü oruc tutarsa, mütləq bağışlanar.”[2]

Kim hər ay üç gün oruc tutsa, ömrü boyu oruc tutmuş şəxs kimidir. Çünki Allah-taala buyurur: Kim bir xeyir əməl görərsə, ona on dəfə artıq savabı yazılar.[3]

Həzrət İmam Sadiq (ə) buyurur: “İnsan İlahi mükafatı qazanmaq üçün bir gün könüllü oruc tutar və Allah-taala buna görə onu cənnətə aparar.”[4]

 

Oruc tutmağın ədəbi

Həzrət Məhəmməd (s) buyurur: “Allah-taala buyurur: «Kimin bədən üzvləri Mənim haramlarımdan oruc tutmursa, Mənə görə yeməkdən, içməkdən çəkinməyə heç bir ehtiyacım yoxdur.”[5]

Həzrət İmam Əli (ə) buyurur: “Oruc insanın yeməkdən, içməkdən çəkindiyi kimi, haramlardan da uzaqlaşmasıdır.”[6]

Həzrət xanım Fatimeyi Zəhra (s.ə) buyurur: “Əgər oruc tutan öz dilini, qulağını, gözünü, əl-ayağını, bədən üzvlərini haramlardan saxlamırsa, orucunun nə faydası var?”[7]

Məhəmməd ibn Muslim nəql edir. Həzrət İmam Sadiq (ə) buyurdu: “Oruc tutanda gərək qulağın, gözün, saçın, bədəninin dərisi də oruc tutsun. O Həzrət (ə) digər əzaları da sadaladı və buyurdu: Oruc tutduğun gün, oruc tutmadığın gün ilə eyni olmasın.”[8]

 

www.ahliman.info

[1] Məani-Əxbar, səh. 409, hədis91

[2] Əmali-Səduq, səh. 443, hədis2

[3] Dəaimul-İslam, c.1, səh. 283

[4] əl-Kafi, c.4, səh.63, hədis5

[5] əl-Firdovs, c.5, səh.242, hədis8075

[6] Biharul-Ənvar, c.96, səh. 294, hədis21

[7] Dəaimul-İslam, c.1, səh. 268

[8] əl-Kafi, c.4, səh. 87, hədis1

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..