Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 20:16
Şərh Yoxdur
188

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar:

– Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar?

İmam (ə) soruşur:

– Zibilliyin qoxusu ilə gül bağçasının qoxusu eynidirmi?

Deyirlər:

– Xeyr.

İmam (ə) buyurur:

– Siz burnunuza gözəl qoxu gəldikdə gül bağçasının, pis qoxu gəldikdə isə üfunət qoxan zibilliyin olduğunu anladığınız kimi, mələklər də insanların daxillərindən qalxan qoxunun vasitəsilə onların yaxşı və pis niyyətlərini, şər və günah etmək fikrinə düşdüklərini anlayırlar”.

Günah – pis qoxusu olan üfunətdir:

 

تَعَطَّروا بِالاِستِغفارِ، لا تَفضَحكُم رَوائِحُ الذُّنوبِ

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”.[1]

 

[1] əl-Xisal, s. 183, hədis 217; Biharul-ənvar, c. 90, s. 278

Digər “Hədislər ” Xəbərləri

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən!

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən! Abdullah ibn Sinan deyir: İmam Cəfər Sadiqin (ə) hüzurunda idik. Məclisdə... Davamı..

Günahın odu insanın bütün yaxşı əməllərini yandırır.

İmam Baqir (ə) Rəsulullahın (s) belə buyuruğunu nəql etmişdir: “Allah-taala “Subhanəllah”, “Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu Əkbər” deyən hər kəsin bu zikirlərinin... Davamı..

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi “Əlinin (ə) XƏNDƏK savaşı günü (Əmr bin Əbdəvidə) vurduğu zərbə insanların və cinlərin ibadətindən üstündür”.... Davamı..

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır?

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır? عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ قَالَ: سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) يَقُولُ‏:... Davamı..

Bu ay tövbə üçün ən gözəl fürsətdir

Bu ay tövbə üçün ən gözəl fürsətdir عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ،... Davamı..

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..