Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Avqust 11:05
Şərh Yoxdur
16

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm:

1. Qorxu içində yaşayan, amma

حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ –

Həsbunəllah və ne`məl-vəkil” (Allah bizə kifayətdir və O, nə gözəl vəkildir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Bir halda ki, Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Sonra da (cihada gedənlər, şeytani vəsvəsələrə uymayanlar və “camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” – deyənlərin müqabilində imanlarını daha da artırıb bu zikrə sığınanlar) Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular…” (“Ali-İmran”/173-174.)

2. Qəm-qüssə içində olan, amma

لَا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ –

Lə iləhə illə əntə, subhanəkə, inni kuntu minəz-zalimin” ((Pərvərdigara!) Səndən başqa məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala bu zikrin davamında belə buyurmuşdur: Biz onun (Yunisin) duasını (bu zikrə sığındığı üçün) qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk! (“Ənbiya”/87-88.)

3. Məkr və hiyləyə məruz qalan, amma

أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ –

Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad” (Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: Beləliklə, Allah onu (Musanı həmin zikri dilinə cari etdiyi üçün) onların (Firon əhlinin) qurduğu hiylələrin şərindən qorudu… (“Qafir”/44-45.)

4. Dünya və dünyanın gözəlliklərini istəyən, amma

مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ –

Maşaəllah, la quvvətə illa billah” (“Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allaha məxsusdur!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “(Yoxsul bir şəxs varlı bir şəxsə xitabən buyurdu:) Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin… (“Kəhf”/39-40.)

(“Əl-əmali”, Şeyx Səduq, səh.6; “Biharul-ənvar”, c.90, səh.184-185.)

Digər “Hədislər ” Xəbərləri

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ... Davamı..

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟ “Ey... Davamı..

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər.... Davamı..

Çağdaş dünyamızın bütü

Çağdaş dünyamızın bütü Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ،... Davamı..

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..