Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Mart 11:04
Şərh Yoxdur
4022

İslam Dininin Novruz bayramına münasibəti – ƏTRAFLI

Bu bayram elə geniş coğrafi ərazini əhatə edir ki, onun hansı xalqa mənsub olduğunu və hansı tarixdə yarandığını qətiyyətlə söyləmək çətindir.

Amma ehtimal etmək olar ki, onun yaranma tarixi ibtidai icma quruluşunun inkişaf etmiş mərhələsilə bağlıdır.
Bəzi görkəmli alimlər Novruz bayramının Babilistanda, eradan əvvəl 3-cü minillikdə keçirildiyini xəbər verirlər. Təxminən həmin dövrdən Azərbaycan ərazisində də bu bayramın mövcud olduğu ehtimalı ortaya çıxır.
Qurani-Kərimdə Novruz və İslam bayramlarına işarə olunmasa da, İslam rəvayətlərindən bəzisində bayram ünvanı ilə qeyd olunmuş mühüm günlər təriflənmiş və ona hörmət edilməsi qeyd edilmişdir. Bayram sözünə Qurani-Kərimdə yalnız bir dəfə, Maidə surəsinin 114-cü ayəsində, rast gəlirik: Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir süfrə nazil et ki, o bizim üçün həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan».
Bayram xeyir və bərəkət günüdür və müqəddəs İslam şəriətində Qurban və Fitr günləri bayram adlandırılmışdır. Qurban və Fitrdən əlavə cümə və Qədir-xum günləri də İslam hədislərində bayram ünvanı ilə qeyd olunmuş ən mühüm günlərdir və bu günlərin hər birinin özünə məxsus müştərək və xüsusi mərasimləri vardır.  Copyright 2006 İslamazeri.com
Şeyx Qumi «Məfatihul-cinan» kitabında Novruz bayramı gününün mərasimlərini və ona aid olan duaları zikr edib. Həmçinin, «Misbahul-mutəhəccid», «Vəsailuş-şiə», «Biharul-ənvar»da Novruzun ədəb və qaydaları yad edilmişdir. Habelə, «Əl-kafi», «Mən la yəhzuruhul-fəqih» və «Dəaimul-islam» kitablarında da Novruzu dolayısı yollarla dəstəkləyən rəvayətlər nəql olunmuşdur. Bunlardan əlavə Novruzun üstünlükləri haqda bir çox kitablar nəşr olunub və bəziləri isə əlyazma olaraq qalmaqdadır.
«İslam dini Novruz bayramını təsdiq edirmi?» – sualı çox insanları düşündürür. Dinin məqsədi bəşəri dəyərləri ali məqama çatdırmaqdır. İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb. Yalnız batil ənənələrə qarşı çıxıb və insanın fitrəti ilə əks olan şeyləri aradan götürüb, milli adət-ənənələrin cəmiyyət üçün xeyir və savabı varsa və fəsadı yoxdursa, İslam dini onu qəbul edir. Belə qədim adət-ənənələrdən biri də «Novruz»dur.

Görəsən, İslam dini tərəfindən «Novruz» bayramını rədd və təsdiq edən bir əmr varmı?

Novruzu təsdiq edən hədislər

1. Koleyni (329 h.q) «Əl-kafi»-də belə rəvayət edir: İbrahim Kərəxi deyir: İmam Sadiq (ə)-dan soruşdum: Mehreqan (İranda payız bayramı) və Novruz günü mənə gətirilən hədiyyələri qəbul edim, ya yox?
Buyurdu: Onlar namaz qılandırlarmı?
Dedim: Bəli.
Buyurdu: Onların hədiyyəsini qəbul edin və əvəzini verin. Rəsuləllah (s) belə buyurub: Əgər mənim üçün keçi budu hədiyyə gətirsələr, qəbul edərəm və bu dindarlığın bir əlamətidir. Əgər bir kafir, ya münafiq mənə inək, ya qoyun budu hədiyyə gətirsə qəbul etməyəcəyəm və bu da dindarlığın bir əlamətidir. Allah-Taala münafiq və müşrikin hədiyyələrini bizə rəva bilməyib.
2. Şeyx Səduq (381 h.q) «Mən la yəhzuruhul-fəqih» kitabında belə bir hədis nəql edir: Əli (ə) üçün Novruz hədiyyəsi gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Ey Əmirəl-möminin, bu gün iranlıların Novruzudur. Bu günü onlar bayram edib, bir-birinə hədiyyələr bağışlayırlar». Buyurdu: «Bizim hər günümüzü Novruz edin».  Copyright 2006 İslamazeri.com
3. Noman ibn Muhəmməd Təmimi (363 h.q) «Dəaimul-İslam» kitabında rəvayət edir: Əli (ə) üçün (gülab və şərbət) hədiyyə gətirdilər. Buyurdu: «Bu nədir?» Dedilər: «Bu gün Novruzdur». Buyurdu: «Əgər edə bilsəniz, hər günü Novruz edin» (yəni Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin).
4. Şeyx Tusi: «Misbahul-mutəhəccid» kitabında bir hədis nəql edir: İmam Sadiq (ə) Novruz günündə buyurdu: «Novruz günü qüsl et, təmiz paltar geyin, özünü ətirlə və o günü oruc tut. Zöhr və əsr namazlarının nafilələrini yerinə yetirdiyin zaman 4 rəkətli namaz qıl. Onun 1-ci rəkətində «Həmd» və 10 dəfə «Qədr» surələrini, 2-ci rəkətində «Həmd» və 10 dəfə «Kafirun» surələrini, 3-cü rəkətində «Həmd» və 10 dəfə «Tovhid» surələrini və 4-cü rəkətdə «Həmd», «Fələq» və «Nas» surələrini de. Namazdan sonra şükr səcdəsini yerinə yetirib, dua et. Bu tərtiblə 50 illik günahların bağışlanar».
5. İbn Fəhd Hilli (841 h.q) «Əl-muhəzzəbul-bare» kitabından bir rəvayət gətirir: İmam Sadiq (ə) buyurur: «Novruz günü Allahın Rəsulunun (s) Qədir-xumda müsəlmanlardan möminlərin əmiri Əli (ə) barədə beyət aldığı və müsəlmanların onun vilayətini təsdiq etmələrini istədiyi gündür. Bu beyətdə möhkəm duranların xoş halına və bu beyətdən boyun qaçırıb onu sındıranların vay halına. Bu, Allah-Taalanın əmri ilə Peyğəmbərin (s) Əli (ə)-ı cinlərin məntəqəsinə göndərib onlardan əhd-peyman almasını istədiyi gündür. Bu, Əli (ə)-ın Nəhrivanlılara qələbə çaldığı və Zussədiyyəni qətlə yetirdiyi gündür. Bu, İmam Zamanın (ə.c) zühur edəcəyi və Allahın izni ilə Dəccala qələbə çalıb, onu Kufənin zibilxanasında dara çəkəcəyi gündür…»
6. Əllamə Məclisi (1111 h.q) «Biharul-ənvar»da belə qeyd edir: Xuneysin oğlu Muəlla deyir: Novruz günü İmam Sadiq (ə)-ın yanına getmişdim. İmam (ə) buyurdu: «Bu günün qiymətini bilirsənmi?» Dedim: «Sənə qurban olum! Bu günü farslar əziz tutarlar və bir-birinə hədiyyə verərlər». Buyurdu: «Kəbənin Allahına and olsun ki, bu qədim bir adətdir». Dedim: «Ey sərvərim! Sizin bunu mənə açıqlamanız əzizlərimizin dirilməsindən və düşmənlərin məhv olmasından daha vacib olar». O zaman buyurdu: «Ey Muəlla! Novruz günü, Allahın bəndələrindən Ona pərəstiş edib şərik qoşmamaları, Peyğəmbər (s) və onların höccətlərinə tərəfdar olmaları və İmamlara iman gətirmələri üçün əhd-peyman aldığı gündür. Bu, günəşin çıxdığı, küləklərin əsməyə başladığı və torpaqdakı güllərin bəhrələndiyi gündür. Bu, Nuh (ə) gəmisinin Cud dağının sahilinə çıxdığı və ölüm qorxusundan ev-eşiklərindən çıxmış minlərlə insanın dirildiyi gündür. Bu, Cəbrailin (ə) İslam Peyğəmbərinə (s) nazil olduğu və Peyğəmbərin (s) İmam Əli (ə)-ı Məscidul-həramda Qureyşin bütlərini sındırmaq üçün çiyninə çıxartdığı və həmçinin İbrahim (ə)-ın bütləri qırdığı gündür. Bu gün Peyğəmbərin (s) səhabələrinə Əli (ə) ilə beyət etmələrinə göstəriş verdiyi və Əli (ə)-ı cinlərin yanına beyət almaq üçün göndərdiyi gündür.
7. Muhəddis Nuri (1320 h.q) «Mustədrəkul-vəsail»də Hüseyn ibn Həmədanın kitabından yazır: Mufəzzəl ibn Əmr, İmam Sadiq (ə)-dan nəql edib: Allah-Taala buyurmuşdur: «Novruz günü mənim yanımda əzəmətli və ehtiramlı bir gündür. Hər bir mömin bu gündə məndən hacət istəsə, onu yerinə yetirəcəyəm».
Copyright 2006 İslamazeri.com
Rəvayət olunmuş 7 hədis toplusunun çox etibarlı sənədi var. Bir çox din alimləri Novruz bayramının fəzilətlərini birbaşa və dolayı yollarla dəstəkləyən rəvayətlər və hikmətlər nəql etmişlər.

Məqalənin başlanğıcında qeyd etdiyimiz kimi İslam dini bəşəri bir dindir və bütün insanları özünə cəlb edir. İslam dini heç vaxt milli adət-ənənələrlə mübarizə aparmayıb, yalnız batil adətlərə qarşı çıxıb. Novruz adət-ənənəsi əsrlərlədir ki, qalmaqdadır və müsəlmanlar da ona atəşpərəstlərin adətləri kimi yox, əksinə öz milli adətləri kimi baxırlar.

Digər tərəfdən şəriət Novruzun dinlə uyğun olmayan batil ənənə və xurafatlarını rədd edir və şəriətdə haram olanları qəbul etmir.
Beləliklə, din və şəriət baxımından bu milli bayramın qarşısını almaq üçün heç bir hökm olmadığından onu rədd etmək olmaz.

Novruz bayramının əməlləri:

İmam Sadiq (ə) buyurur: Novruz bayramında qüsl et, təmiz paltar geyin, ətir vur və oruc tut. Zöhr namazının nafiləsindən sonra dörd rükət namaz qıl. Birinci rükətdə Fatihə surəsindən sonra on dəfə Qədr surəsin oxu. İkinci rükətdə Fatihə surəsindən sonra on dəfə Kafirun surəsi, üçüncü rükətdə Fatihə surəsindən sonra on dəfə İxlas surəsi dördüncü rükətdə isə Fatihə surəsindən sonra Fələq və Nas surəsini oxu. Namazdan sonra şükr səcdəsi və dua et. (Misbahul-mütəhəccid, s, 591)

Novruz bayramında baş verən mühüm hadisələr:

İmam Sadiq (ə) buyurur: Novruz bayramı Allah-təalanın ona ibadət etməsi, peyğəmbərlərinə və höccətlərinə iman gətirməsi üçün əhd aldığı gündür. Bu gün Nuh peyğəmbərin (ə) gəmisinin Cudi dağında oturduğu gündür. Novruz bayramında Cəbrail Həzrət Muhəmmədə (s) nazil olmuşdur. Bu gün Peyğəmbər (s) Əlini (ə) çiyninə aldı və Qüreyşin bütlərin sındırdı, Həzrət İbrahim (ə) bütləri sındırdı, Peyğəmbər (s) səhabələrə Əliyə (ə) beyət etmə əmri verdi. Bu gün bizim Qaimimiz (12-ci imam) qiyam edəcək. Biz hər novruzda fərəci arzulayırıq. Çünki bu gün bizim və şiələrimizin günüdür. (Biharul-ənvar, 56/91)

Bu hədisləri mütaliə etdikdən sonra belə nəticə almaq olar ki, Novruz bayramı insanlıq, mehribanlıq və məhəbbət bayramı olduğundan İslam dini gələndən sonra bu bayramın keçirilməsini qadağan etməmiş, əksinə insanları onu qeyd etməyə təşviq etmişdir. Çünki bu bayramın İslamın bəyəndiyi adətləri vardır.

Necə ki, İmam Əliyə (ə) novruz hədiyyəsi verəndə Həzrət buyurur: Əgər bacarsanız, hər gün novruz edin. İmam (ə) bu kəlamı ilə demək istəyir ki, Allaha xatir bir-birinizə hədiyyə verin və bir-birinizin görüşünə gedin. Bununla yanaşı dinimizdə bayram günü üçün xüsusi əməllər qeyd olunmuşdur.

Bu da bayramın dində önəmli bir gün olduğunu bildirir. Bu mətləb sonuncu hədis gözə çarpır. İmam Sadiq (ə) bu günün İmam Zaman (ə.f) ağanın zühur günü olduğunu və bu günün Əhli-beytə (ə) məxsus olduğunu qeyd edir.   (İslamazeri.com)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..