Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Fevral 11:58
1 Şərh
3730

İnsanın qıldığı 2 rükət namaz həzrət Cəbrailin 4000 ilə qıldığı 2 rükət namazdan üstündür

Bir gün Allahın mələyi həzrət Cəbrail  Allah dərgahında iki rükət namaz qılır. Bu iki rükət namazın müddəti dünya vaxtı ilə dörd min ilə bərabər olur. Cəbrail (ə) namazı bitirdikdən sonra, uca yaradana üzün tutub “Ey Rəbbim, yer üzərində Sənə ibadət edən bəndələrin arasında mənim kimi namaz qılanı oldumu?” – deyə, soruşur. Allah-taala Cəbrailə: “Bəli, oldu!” – cavabın verincə, Cəbrail təəccüblə bir anlıq fikrə gedir. Allah-taala buyurur: “Bəndəmin iki rükət qıldığı namaz sənin dünya zamanı ilə dörd min il qıldığın iki rükət namazdan daha fəzilətlidir və savabı da daha çoxdur, çünki sən günahın, pisliyin nə olduğunu bilmirsən, sənin
nəfsin, tamahın yoxdur, bunlardan uzaqsan. Amma bəndəm dünyada az bir zaman da olsa, dünya nemətlərindən üz çevirərək, nəfs və tamahına üstün gələcək. Şeytanı unudaraq qibləyə üz tutub məni zikr edəcək, “Allahu əkbər” deyəcək!”

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..