Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Noyabr 13:08
Şərh Yoxdur
2687

İbadətin hədəfi. İbadətin qəbul olunmasının 6 şərti

İbadətin dəyəri onun düzgün yerinə yetirilməsindədir. Düzgün yerinə yetirlməsi isə iki amildən asılıdır:

1. Hədəfin düz olması.

2. Düzgün yerinə yetirilməsi.

İbadətdə hədəf – İlahi rizanı əldə etmək və vacibatı yerinə yetirməkdir. Ona görə də əgər ibadətin hədəfi riya, başqlarının diqqətini cəlb etmək, başqalarının xoşuna gəlməkdirsə bu ibadət xalis deyildir. İnsan bu zaman başqasını hədəf tutub sitayiş etdiyi üçün şirk etmiş olar.

Riya – ibadəti məhv edən amildir. İnsan ibadət edən zaman niyyətinin xalis olmasına xüsusi diqqət göstərməlidir.

İmam Sadiq (ə) buyurur: “Xalis əməl – o əməldir ki, Allahdan başqa heç kəsdən mədh olunmağını gözləməyəsən”.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bəndə yoxdur ki, 40 gün işlərini xalis Allah üçün yerinə yetirsin, məgər o halda ki, hikmət və dərk bulağı ruh və canından dilinə tökülsün”.

Həzrət Peyğəmbər (s) buyurur: “Deyilənlərin, əməl edilənlərin, niyyətlərin dəyəri olmaz, məgər o halda ki, sünnət və göstəriş üzərində yürinə yetirilsin”. Ona görə də ibadəti İlahi övliyalardan öyrənmək lazımdır.

Hətta Həzrət İbrahim (ə) Allahdan istəyir ki, düzgün ibadət edilməyin yolunu ona öyrətsin.

İmam Baqir (ə) “Bəqərə” surəsinin 189-cu ayəsinin təfsiri haqqında buyurur: “Məqsəd odur ki, hər bir işi yolundan daxil olaraq yerinə yetirin. Əmr edildiyi kimi yerinə yetirin”.

Quran ayələri və hədislər bizə ibadətin yerinə yetirmə şərtlərini bəyan ediblər.

1. Etiqad şərti.

2. Siyasi şərt.

3. Əxlaq şərti.

4. İqtisadi şərt.

5. İctimai şərt.

6. Ailə şərti.

Etiqad şərti – Allaha imandır. İman olmadan ibadət qəbul olmaz və zay olar. “Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər(maddi və mənəvi cəhətdən) abad edərlər. Buna görə də onların hidayət olunmuşlardan olmalarına ümid vardır”. (“Tövbə” 18).

Siyasi şərt – vilayətdir, İmama (ə.f) bağlılığıdır. İnsan əgər İlahi vilayəti qəbul etməzsə, ibadət və əməlləri qəbul olmaz. İmam Baqir (ə) buyurur: “Əgər kiminsə Allaha imanı vardır və çoxlu ibadət yerinə yetirir, ancaq Allah tərəfindən İmamı yoxdur, bütün səyləri faydasızdır”.

Əxlaq şərti – təqvadır. «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir». (“Maidə” 27).

İqtisadi şərt – insanların haqqını əda etməkdir. İmam Rza (ə) buyurur: “Hər kim namaz qılar, ancaq zəkat verməzsə namazı qəbul olmaz”.

İctimai şərt – başqalarının xeyirini istəməkdir. İmam Sadiq (ə) buyurur: “İnsanlarla pis əxlaqlı davranmaq əməli elə xarab edir ki, sirkə balı etdiyi kimi”.

Ailə şərti – xoşrəftar olmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin pis rəftar və əziyyət verən xanımı olar, Allah o qadının namaz və yaxşı işlərini qəbul etməz”.

Beləliklə, İmam Sadiqin (ə) hədisi ilə bu mövzunu yekunlandırıb, onu nəql edirik: “Hər kim namazının qəbul olub-olmadığını bilmək istəyirsə, baxsın görsün namaz onu pis işlərdən və günahdan saxlayıb, yoxsa yox? Hər nə qədər günahdan onu saxlayıbsa, o qədər də namazı qəbul olubdur deməkdir”. (İslami saytlara istinadən)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..