Bu gün müqəddəs Ramazan bayramı ilə əlaqədar Bakının “Hacı Cavad” məscidində bayram namazı qılınıb.
Caamatla birlikdə namaz qılındıqdan sonra məscidin axundu, ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov çıxış edib.
O, Ramazan bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını təbrik edib.
Qeyd olunub ki, Ramazan ayı bədənlərə şəfa, könüllərə səfa bəxş edən, rəhmət, məğfirət, bərəkət və müjdələrlə dolu bir aydır. Oruc, gözümüzün nuru, ruhumuzun güc qaynağıdır: “Bir ay ərzində möminlər Allahın açdığı süfrənin qonağı oldular. Bu ayda çoxlu dualar edildi. Hər kəs öz hacətini Allahdan istədi. Bu ayda edilən bütün duaları tutulan orucları Allah dərgahında qəbul olunmasını diləyirəm”.