Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 İyun 10:08
Şərh Yoxdur
1344

Həzrət Qaim (ə.f): Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam

Böyük islam alimi və mərifət əhli olan mərhum birinci Əllamə Məclisi belə buyurur:

Nəcəf-Əşrəfdə Həzrət Əlinin (ə) hərəminin kənarında sakin olduğum vaxt öz nəfsimlə cihad edir və mübarizə ararırdım. Nəhayət Allah-taala Həzrət Əlinin (ə) bərəkətilə mükaşifə qapılarını üzümə açdı. Bəzi dar düşüncəlilərin bu həqiqəti düzgün dərk edə bilməyəcəkləri üçün, onu nəql etməkdən pəhriz edirəm. Amma bir gecə mükaşifələrimin birində Samirra şəhərində İmam Hadi (ə) ilə İmam Həsən Əsgərinin (ə) hərəmini son dərəcə əzəmət və gözəllik içində gördüm. O iki imamın qəbrinin üstünə behiştin yaşıl rəngli parçalarından örtülmüşdü ki, mən heç vaxt onun mislini görməmişdim. Həzrət Sahibəzzaman (ə) arxası qəbrə və üzü qapıya tərəf əyləşmişdi.

O həzrəti gördüyüm zaman uzaqda durub “Camiə” ziyarətnaməsini məddahlar kimi, uca səslə axıradək oxudum. İmam ziyarət bitəndən sonra dedi:

Yaxşı ziyarətnamədir. Mən, İmam Hadinin (ə) qəbrinə işarə edərək dedim:

Ağa, cəddinizi ziyarət etməyə izin verirsinizmi? İmam buyurdu:

Bəli, gəl içəri. Hərəmə daxil olub qapının kənarında durdum. Buyurdu:

Yaxın gəl. Dedim:

Ağa, qorxuram sizin hüzurunuzda ədəb qaydalarına düzgün riayət edə bilməyib küfrə batam. İmam buyurdu:

Əgər bizim icazəmizlə olsa, eybi yoxdur. Mən bir az qabağa getdim, amma qorxudan bədənim əsirdi. Yenə buyurdu:

Yaxın gəl, yaxın gəl. Mən asta-asta gedib İmama yaxınlaşdım. Dedi:

Otur. Dedim:

Ağa,  qorxuram. Dedi:

Qorxma, hər halda mən də zəlil bir bəndə kimi cəlil Allahın qarşısında oturmuşam. İmam buyurdu:

Piyada və ayaqyalın yol gəlmisən, yorğunsan. Rahat əyləş və istirahət et. İmam (ə) mənim üçün saysız-hesabsız dəqiq, elmi mətləblər açıqladı ki, onların çoxu yadımdan çıxıb.

Mükaşifə halından adi hala qayıdandan sonra mövlam İmam Zamanın (ə) dediyi kimi piyada və ayaqyalın İmam Hadi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarətinə gedib o hərəmdə yenidən “Cameə” ziyarətnaməsini oxumağı qərara aldım. Hərəmdə olduğum vaxt daha heyrətli kəramət və möcüzələri müşahidə etdim ki, əgər onlar haqqında danışsam çox uzun çəkər.

Bütün olub-keçənlərdən sonra bu ziyarətnamənin (duanın) İmam Hadiyə (ə) mənsub olduğunu yəqin etdim. Həmçinin İmam Zamanın (ə) bu ziyarətnamə (dua) haqqında söylədiyi bəyanından sonra başa düşdüm ki, o mühüm və kamil ziyarətnamələrdən biridir.[1]

 

www.ahliman.info

[1] Seyyid Həsən Əbtəhi, “Aləme əcibe ərvah”, səh. 144

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..