Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Fevral 20:05
1 Şərh
5311

Hər kim bu surəni yazar və bağının divarına asar, yam-yaşıl və bol meyvəli olar. Əgər bu yazını mağazasında asarsa, alış-verişi çoxalar – “Ğafir” surəsinin fəzilətləri

“Ğafir” surəsi – Quranın 40-cı surəsidir ki, Məkkədə nazil olmuşdur və 85 ayəsi vardır. Bu surənin başqa adı “Mömin”dir.

Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Ğafir” surəsini oxuyar, bütün peyğəmbərlərin (ə), siddiqlərin və möminlərin ruhu ona salam göndərər və Allah yanında onun üçün bağışlanma istəyərlər”. (Tebyan/Deyerler)

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Ərşi həml edən mələkləri gördüm ki, “Ğafir” surəsini tilavət edirdilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim hər gecə “Ğafir” surəsini oxuyar, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar, onu təqva ilə bir yerdə qərar verib və axirətini dünyasından daha yaxşı edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ğafir” surəsini oxuyar, Qiyamət gününə elə daxil olar ki, Allah onun ümidini kəsməmişdir və o şeyi ki, dünyada Ondan qorxanlara əta edər, ona da əta edər”.

Bu surənin bərəkətləri:

1. Xeyirlər artar. Hər kim bu surəni yazar və bağının divarına asar, yam-yaşıl və bol meyvəli olar. Əgər bu yazını mağazasında asarsa alış-verişi çoxalar. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni gecəni yazar və bağda qərar verərsə bərəkəti artar. Onun yam-yaşıl, gözəl və yaxşı olmasına səbəb olar. Əgər mağazasının divarına asarsa, orada çoxlu alış-veriş olar. Əgər xəstəlik üçün yazılarsa xəstəlik aradan qalxar”.

2. Pisliklərin uzaq olar. Həzrət Peyğəmbər (s) buyurur: “”Ğafir” surəsinin 1-3-cü ayələrini, “Ayətül-kürüsü”nü, “Həmd” surəsini oxumaq pisliklərin və bəlaların uzaq olmasına səbəb olar”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..