Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Avqust 14:24
Şərh Yoxdur
4979

Hər kəsin məhəbbəti, ədavəti, yaxşılığı Allah üçün olsa, imanı kamil olan şəxslərdəndir

İmam Əli (ə) buyurur: Allaha ibadət edənlər üç dəstədir: Onlardan bir dəstəsi axirət savablarına çatmaq üçün Allaha ibadət edirlər. Bu «ticarətçilərin» ibadətidir. İkinci dəstə Allahın əzabından qorxduqları üçün ibadət edirlər. Bu, qulların itaətinə oxşayır. Üçüncü dəstə Allah nemətlərinə şükr etmək üçün ibadət edirlər. Bu da azad insanların ibadətidir.”[1]

Öz nəfslərini təkmilləşdirmək, ruhlarına pərvəriş etmək üçün ibadət edənlər. Belə bir məqsəd də əməlin səhihliyinin şərti olan ixlasa zərər yetirmir.

Allahı yaxşı tanıdıqlarına, Onu bütün kamal və xeyirlərin mənbəyi bildiklərinə görə Ona pərəstiş edən seçilmiş və məxsus bəndələri. Onlar Allahın sonsuz qüdrət və əzəmətinə diqqət yetirdiklərindən, Ondan başqa təsiredici bir varlığı tanımadıqlarından yalnız Onu pərəstişə layiq görür və buna görə də Allahı sevir, Onun əzəmət və qüdrəti qarşısında xuzu və xüşu edirlər. Bu ixlasın ən yüksək mərhələsidir.

İmam Cəfər Sadiq (ə) buyurur: İbadət edənlər üç dəstədir: Onlardan biri Allahdan savab almaq üçün ibadət edirlər. Bu, hərislərin ibadətidir ki, onların əsas məqsədi tamaha görədir. İkinci dəstə cəhənnəm əzabından qorxduqlarına görə ibadət edirlər. Bu, qulların ibadətidir. Onların qorxuları ibadətə səbəb olmuşdur. Lakin mən Allahı sevdiyimə görə Ona ibadət pərəstiş edirəm. Bu da böyük, alicənab şəxsiyyətlərin ibadətidir, onların məqsədləri xatircəmlikdir. Mütəal Allah buyurur: “Onlar qiyamət gününün qorxusundan amandadırlar.” Yenə buyurur: “De, əgər Allahı sevirsinizsə, Mənə itaət edin ki, Allah da sizi sevsin günahlarınızı bağışlasın.” Hər kəs Allahı sevsə, Allah da onu sevər o, əminamanlıqda olanlardan olar.”[2]

İmam Əli (ə) deyir: Pərvərdigara! Mən cəhənnəm odundan qorxduğuma, yaxud behiştə tamah saldığıma görə Sənə ibadət etmirəm. Əksinə, Səni ibadətə layiq gördüyümə görə Sənə ibadət edirəm.”[3]

Qeyd olunan dəstələrin hamısı ixlaslıdır, əməlləri Allah tərəfindən qəbul olunur, lakin ixlas baxımından eyni bir mərtəbədə deyillər. Onun nisbətən kamili və daha kamili vardır. Beşinci qismdən olan insanlar ixlasın ən yüksək mərtəbəsindədir. Bunu da qeyd etmək lazımdır ki, ali mərtəbələrə malik olanlar aşağıdakı mərtəbələri əldən vermir, onlar ali, yüksək mərtəbələrə malik olmaqdan əlavə, aşağıdakılara da malikdirlər.

Bura qədər deyilənlər ibadətdəki ixlasla əlaqədar idi. Lakin, ixlas ibadətdə olan ixlasla bitmir. Təkamül yolçusu tədrici olaraq elə bir mərhələyə çatır ki, özünü və qəlbini Allah üçün xalis edir, Allahdan qeyrilərinin hamısını qəlb evindən çıxarır. Belə ki, bütün əməlləri, hərəkətləri, fikirləri belə, yalnız Allaha aid olur, Allahın razılığından başqa heç bir iş görmür, Allahdan başqa heç kimdən qorxmur, Ondan başqa heç kəsə etimad etmir. Onun dostluğu yalnız Allah xatirinədir, düşmənçiliyi də yalnız Allaha görədir. Bu, ixlasın ən yüksək mərtəbəsidir.

İmam Əli (ə) buyurur: Xoş o kəslərin halına ki, əməlini, elmini, məhəbbətini, düşmənçiliyini, almasını, tərk etməsini, kəlamını sükutunu yalnız Allah üçün xalis edib.”[4]

İmam Cəfər Sadiq (ə) buyurur:Hər kəsin məhəbbəti, ədavəti, yaxşılığı Allah üçün olsa, imanı kamil olan şəxslərdəndir.”

Yenə buyurur: Allahın Öz bəndəsinə əta etdiyi şeylərin içində bundan əzəmətlisi yoxdur ki, onun qəlbində Allahdan başqa bir kəs olmasın.”[5]

İmam Əli (ə) buyurur: Hardadır Allaha bağışlanan Ona itaətlə bağlanan qəlblər?!”[6]

Təkamül yolçusu bu məqama çatan zaman Mütəal Allah onu Özü üçün xalisləşdirir, Özünün köməkliyi, qəlbinə verdiyi nuraniyyət vasitəsi ilə onu günahdan, azğınçılıqdan saxlayır. Belə bəndə müxləs adı ilə tanınır. Müxləslər Allahın seçilmiş bəndələrindəndir.

 

www.ahliman.info

[1] “Biharul-ənvar”, 70-ci cild, səh.196

[2] “Biharul-ənvar”, 70-ci cild, səh.197

[3] “Biharul-ənvar”, 70-ci cild, səh.197

[4] “Ğurərul-hikəm”, səh.462

[5] “Biharul-ənvar”, 70-ci cild, səh.248

[6] “Ğurərul-hikəm”, səh.172

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..