Təğabun” surəsi Quranın 64-cü surəsidir ki, Mədinədə nazil olmuşdur və 18 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Təğabun” surəsini oxuyar, ani ölüm ondan dəf olar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Təğabun” surəsini vacib namazlarında oxuyar, bu surə Qiyamət günü onun şəfaətçisi olar. Adil şəhadət verəndir ki, Qiyamət günü qarisinin faydasına şəhadət verər. Ondan ayrılmaz o zamana qədər ki, onu behiştə daxil edər”.
İmam Baqir (ə) buyurur: “Hər kim səbbih və yusəbbih ilə başlayan bütün surələri oxuyar, ölməzdən əvvəl Həzrət Qaimi (ə.f) dərk edər və əgər ölərsə, Peyğəmbərin (s) ətrafında olar”. (Tebyan/Deyerler)
Bu surənin bərəkətləri.
1. Düşmənin şərindən uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “”Təğabun” surəsini oxumaq qorxduğunuz sultan və ya hakim ilə üz-üzə gələn zaman, şərini dəf etmək mənbəyi olar”.
2. İtmiş şeyi tapmaq. Əgər bir insan bir şeyi torpaqda gizlədər və sonra onu harada gizlətdiyini unudarsa, bu surənin 7-ci ayəsini təzə kağıza yazsın və pak su ilə onu yusun, güman etdiyi yerdə buxur (ətirli qətran) yandırsın və sonra bu suyu ora səpsin. Allah onu itirdiyi şeyə tərəf hidayət edər.
www.ahliman.info