Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Fevral 16:24
Şərh Yoxdur
3106

Hər kim “Təğabun” surəsini vacib namazlarında oxuyar, bu surə Qiyamət günü onun şəfaətçisi olar

Təğabun” surəsi Quranın 64-cü surəsidir ki, Mədinədə nazil olmuşdur və 18 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Təğabun” surəsini oxuyar, ani ölüm ondan dəf olar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Təğabun” surəsini vacib namazlarında oxuyar, bu surə Qiyamət günü onun şəfaətçisi olar. Adil şəhadət verəndir ki, Qiyamət günü qarisinin faydasına şəhadət verər. Ondan ayrılmaz o zamana qədər ki, onu behiştə daxil edər”.

İmam Baqir (ə) buyurur: “Hər kim səbbih və yusəbbih ilə başlayan bütün surələri oxuyar, ölməzdən əvvəl Həzrət Qaimi (ə.f) dərk edər və əgər ölərsə, Peyğəmbərin (s) ətrafında olar”. (Tebyan/Deyerler)

Bu surənin bərəkətləri.

1. Düşmənin şərindən uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “”Təğabun” surəsini oxumaq qorxduğunuz sultan və ya hakim ilə üz-üzə gələn zaman, şərini dəf etmək mənbəyi olar”.

2. İtmiş şeyi tapmaq. Əgər bir insan bir şeyi torpaqda gizlədər və sonra onu harada gizlətdiyini unudarsa, bu surənin 7-ci ayəsini təzə kağıza yazsın və pak su ilə onu yusun, güman etdiyi yerdə buxur (ətirli qətran) yandırsın və sonra bu suyu ora səpsin. Allah onu itirdiyi şeyə tərəf hidayət edər.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..

Dünya alimlərinin Quran barəsində söylədikləri:

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: “Əgər... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..