Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Yanvar 12:38
Şərh Yoxdur
3954

Göz dəyməyin qarşısını alar, göz ağrısına əlac edər – “Huməzə” surəsinin fəzilətləri

“Huməzə” surəsi – Quranın 104-ci surəsidir ki, Məkkədə nazil olmuşdur 9 ayəsi vardır.

Bu surə o kəslərdən eyb tutur ki, malları və sərvətləri ilə qürurlanırlar. Surənin sonunda onların aqibətindən söhbət açır.

Təfsirçilərin nəzərinə görə, bu surə Vəlid ibni Məğirə haqqında nazil olmuşdur ki, Peyğəmbərin (s) arxasınca qeybət edərdi. Qarşılaşan zaman isə tənə vurub istehza edərdi. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) bu surə ilə bağlı buyurur: “Hər kim “Huməzə” surəsini vacib namazlarında oxuyar – yoxsulluğu aradan gedər, ruzi ona tərəf cəlb olar və pis ölümlər ondan uzaq olar”.

Başqa bir hədisdə oxuyuruq: “Hər kim namazlarında “Huməzə” surəsini oxuyar – dünya qədər ona savab verilər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni oxuyar, Həzrət Muhəmmədi (s) və dostlarını məsxərə edənlərin sayı qədər on həsənə verilər”.

Bu surənin bərəkətləri:

1. Göz dəyməyin qarşısını alar. Hədislərdə oxuyuruq ki, hər kim bu surəni göz dəyməmək üçün oxuyar Allahın izni ilə gözün təsiri aradan gedər.

2. Göz ağrısını aradan aparar. Bu surəni ağrıyan gözə oxusanız, Allah ağrısına rahatlıq verər.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..

“Fatihə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən... Davamı..

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha... Davamı..

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..