Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 Oktyabr 10:35
Şərh Yoxdur
3281

Fitri istəkləri tam təmin etmək mümkündürmü?

 

Fitri istəklərin tam təmininə ölümün mane ola bilməsi yanlış fikirdir

Fitri istəklər sonsuzluğa yönəlmişsə, onları tam təmin etmək necə mümkün olar? Zəif, təbii və qazanılmış qüvvələri məhdud insan, bu işin öhdəsindən gələ bilərmi? Fitri istəklərin tam təmin olunmasının mümkünlüyünün sübutu, elə fitrətin özüdür. Fitri istəklər varlıq qanunlarından doğmuşdur. Məsələn, yer üzündəki dartınmalar cazibə qüvvəsinin varlığına dəlildir.
Fitri istəklərin tam təmininə ölümün mane ola bilməsi yanlış fikirdir. Ölüm yalnız dünya həyatına son qoyur və yalnız fiziki qüvvələrə aiddir. İnsanın fitri istəyi təbiətin fövqündə durur və əbədidir. Əlbəttə ki, əbədilik təkcə fitrətə aid deyil. Yaranış nizamına nəzər salsaq görərik ki, ən kiçik zərrələrdən planetlərədək, bütün mövcudlar həmin nizama tabedir. Əbədilik həmin bu nizamın qanuni nəticəsidir. Elm inkişaf etdikcə, bu nizamın əzəməti daha da aşkarlanır. Sənayenin inkişafı və müxtəlif ixtiralar uyğun nizamın təsiri altında gerçəkləşir. Ümumi nizamın nəticəsində yaranmış yeniliyi təsadüfi hesab etmək olmaz. Bu yenilik əzəmətli varlıq mexanizminin bir elementidir. Varlıq aləminin məqsədyönlü hərəkətinə bu element də öz təsirini göstərir. İnsanın fitri meyillərinin mövcudluğu da, ümumi nizamın zərurətlərindəndir. Bu meyillər insanın tərəqqi, təkamül və xoşbəxtliyi üçün mühüm amildir. Əgər insanın xoşbəxtliyi yalnız dünya səadətindən ibarət olsaydı, sonsuz istəklərə nə hacət var idi?!
Əgər fitri istəklər tam təmin olunmaq imkanından məhrum olsaydı, insana belə bir qüvvənin verilməsinə nə ehtiyac var idi?! İnsana yol göstərib, bu yolun bir başını bağlamaq, varlıq aləmini hikmətlə qurmuş Allaha yaraşan sifət deyil. İnsanı mövcud olmayan bir məqsədə dəvət etmək yalandır. Yalnız yalançılar insanı aldadıb, onun əzab-əziyyətindən ləzzət ala bilərlər. Allah-təala isə belə bir sifətdən tamamilə uzaqdır. Aşağıdakı ayələr dediklərimizə əyani sübutdur:
«Məgər onlar düşünmürlərmi ki, Allah göyləri və yeri yalnız haqq-ədalətlə yaratmışdır?!». («Rum» surəsi, ayə 8)
«…Allahı xatırlayaraq deyərlər: «Sən bunları boş yerə yaratmamısan!». («Ali-İmran» surəsi, ayə 191)
«Biz yeri, göyü və onların arasında olanları oyun-oyuncaq yaratmadıq». («Ənbiya» surəsi, ayə 16)
«Yoxsa, sizi əbəs yerə yaratdığımızı və huzurumuza qayıtmayacığınızı güman edirsiniz?». («Möminun» surəsi, ayə 115)

 

Ayətullah Misbah Yəzdi

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..