Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Oktyabr 09:26
Şərh Yoxdur
4266

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 277).

Ayənin şərhi.

O kəslər ki, imanlarına görə təkəbbürdən uzaqdırlar, fitri hisslərini dirçəldiblər, Allahla rabitə qurub, namaz qılırlar və ehtiyacı olanların yardımına tələsirlər və çox sayda cinayətin qarşısını alırlar – bu insanların Allah yanında xüsusi mükafatları olacaqdır. Hər iki dünyada öz yaxşı əməllərindən bəhrələnəcəklər. Bu insanların mal və dövlətə görə qəmləri yoxdur və bu insanlar nifrinə düçar olmurlar.

Çünki bu insanlar tamamilə rahatdırlar. Bilirlər ki, iztirab və qəmləri əbədi deyildir.

Bu ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi o deyildir ki, hər biri ayrı-ayrılıqda savaba malik olmayan əməllərdir. Burada məqsəd odur ki, bu üç əmələ daha çox təşviq olunsun və bu üç əmələ daha çox əhəmiyyət verilsin. Yaxud məqsəd budur ki, əgər bu üç əməl bir yerdə yerinə yetirilərsə, mükafatı da daha çox olar. Hər bir halda saleh əməl, namaz və zəkat – imanın nişanələrindəndir.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..