Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Oktyabr 13:58
Şərh Yoxdur
4897

Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”.

 

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim «Həmd» surəsini oxuyar – səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “«Həmd» surəsinin fəziləti – ərşi həml edənlərin fəziləti kimidir. Hər kim onu oxuyarsa, ərşi həml edənlərin savabı kimi savab ona verilər”.

 

Hərarəti yüksək olanlara yardım edər.

İmam Sadiq (ə) buyurur: “Hər kim imanla «Həmd» surəsini 40 dəfə ixlasla, Allaha diqqət edərək su qədəhinə oxuyarsa, həmin suyu hərarəti olan şəxsin üzərinə səpərsə – hərarəti düşər”.

 

Gözün nurunu artırar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin göz ağrısı olar, ya gözünün nuru azalar, ayın əvvəlində hilalı görən zaman əlini gözünün üstünə qoysun və «Həmd» surəsini ixlasla və mənasına diqqət edərək 10 dəfə oxusun, sonra “Tövhid” surəsini 3 dəfə oxusun, ondan sonra yeddi dəfə desin: “Ya Rəbbi qəvvi bəsərə. Allahummə ikfi əntə kafi. Allahummə afə əntə müafi”. Göz ağrısı və görməsi sağalar”. (Beytutə/Deyerler)

 

Bərəkət gətirər.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim evinə daxil olan zaman «Həmd» və “Tövhid” surəsini oxuyarsa, Allah yoxsulluğu o evdən uzaqlaşdırar”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..