Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Dekabr 16:19
Şərh Yoxdur
7337

Düşmənin şərindən amanda saxlayar, suda batmaqdan qoruyar – “Fil” surəsinin fəzilətləri

“Fil” surəsi Quranın 105-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və beş ayəsi vardır.

Bu surə Əbrəhənin Kəbə evini viran etmək üçün hücumundan bəhs edir və Allahın qüdrətini bir daha xatırladır. Bu hadisə tarixdə də qeydə alınmışdır və həmin ilə Ammul-fil adı verilmişdir. Tarixçilərin nəql etdiyinə görə, Həzrət Peyğəmbər (s) də elə həmin ildə dünyaya gəlmişdir. (Tebyan/Deyerler)

Yəməndə Əbrəhə adlı bir padşah mərmərdən büt düzəltdirir və əmr edir ki, insanlar onu ziyarət etsinlər. Bu ərəb filə minən ordusunu Məkkənin yaxınına gətirir ki, Kəbəni viran etsin və hamı onun bütünə sitayiş etsin.

Allah da dimdiklərində daş olan quşları onlara tərəf göndərir və bu daş yağması ilə Əbrəhənin ordusu dağ kimi yerə yıxılır və məhv olur. Həmin ili “Ammul-fil” adlandırdılar.

Bu surənin fəziləti haqqında İmam Sadiq (ə) buyurur: “Hər kim “Fil” surəsini vacib namazlarında oxuyarsa, Qiyamət günü aləmin bütün varlıqları şəhadət verəcəkdir ki, o, namazqılan olmuşdur. Qiyamət günü car çəkən car çəkəcəkdir ki, mənim bəndəm barəsində düz şəhadət verdiniz. Sizin şəhadətinizi qəbul etdim. Onu behiştə daxil edin və o, həmin kəslərdəndir ki, Allah onu və işlərini sevir”.

“Fil” surəsinin bərəkətləri.

1. Düşmənin şərindən xilas olmaq. İmam Sadiq (ə) buyurur: “Fil surəsi düşmənlə üzləşən zaman oxunarsa nəticə verər”.

2. Suda batmağa mane olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni tilavət edərsə, Allah onu ömrünün sonuna qədər suda qərq olmaqdan və qiyafəsinin dəyişməsindən amanda saxlayar”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..

“Fatihə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən... Davamı..

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha... Davamı..

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..