Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Aprel 12:18
Şərh Yoxdur
2918

Dünyada rahat yaşamaq üçün 5 tövsiyə

Bu dünya fanidir və bir gün gələcəkdir ki, əbədi dünyaya köç edəcəyik. Ona görə də bu həqiqəti qəbul etməli və necə daha rahat yaşaya biləcəyimizin yollarını axtarmalıyıq.

 

Həyatda rahat yaşamaq üçün yaxşı olar ki:

 

1. Özümüzü bir qonaq hesab edək ki, bir gün öz evimizə qayıdacağıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən insanlar dünyada qonaqdırlar. O şey ki, əllərindədir – əmanətdir. Həqiqətən də qonaq – köçəndir. Əmanət geri qaytarılar”.

 

2. Özünüzü qərib və yoldan keçən hesab edin. İnsanın arzusu budur ki, daimi olan məkanını abadlaşdırsın və gözəlləşdirsin. Ancaq əgər yaşadığı yer müvəqqətidirsə, onun üçün bəzi narahatçılıqlar heç də çox mühüm olmaz. Çünki müsafir çətinliklərə səbir etməyi bacarır.

Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada elə ol ki, sanki qəribsən və yoldan keçənsən. Özünü qəbir əhlinin zümrəsindən qərar ver!”.

 

3. Bu dünyadan ürəyini qopart. İnsanın çəkdiyi bütün əziyyət və çətinliklər ürəyə aiddir. İkincisi isə gərək elə şeyə qəlbini bağlayasan ki, əbədi və davamlı olsun. Əgər bu dünyada olan zaman ürəyimizi axirətə bağlaya bilsək, o zaman bu dünyanın xoşagəlməz hadisələri bizim üçün dözümlü olacaqdır. İmam Əli (ə) buyurur: “Ürəklərinizi, bu dünyadan bədənləriniz ondan xaric olmazdan əvvəl xaric edin”.

Başqa yerdə buyurur: “Dünyada bədəninlə ol, axirətdə qəlbinlə”.

 

4. Dünyanı xoş bir yuxu bilmək. Dünya o qədər qısadır ki, insan gözünü yumub açınca sona çatır və Adəm övladına arxa çevirir. Ona görə də dünyanı bir yuxuya bənzədirlər. Aqil insan nə yuxuda əldə etdiklərini həqiqət bilər, nə də əldən verdiklərini. İmam Sadiq (ə) buyurur: “Dünyanı bir mal qərar ver ki, yuxuda əldə etmisən. Çünki ayılan zaman ondan heç nəyi tapmayacaqsan”.

 

5. Dünyanı bir körpü hesab edin ki, onun üzərindən keçməkdəsiniz. O kəs ki, səfər zamanı bir körpünün üstündən keçər, heç bir zaman körpünün gözəlliyinə, rahatlığına xüsusi diqqət etməz. Körpünün əziyyəti onu incitməz. (Həvzəh/Deyerler)

Dünya da axirətə köçmək üçün bir körpüdür. Loğman oğluna belə buyurur: “Dünyanı çay üzərində olan körpü bil ki, ondan keçirsən. Günün sonuna qədər onu tərk edirsən. Bir daha ona qayıtmayacaqsan”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..