Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Sentyabr 13:30
Şərh Yoxdur
58463

“Cümə” surəsi möminlər üçün müjdədir

“Cümə” surəsi müqəddəs Quranın 62-ci surəsidir, 11 ayəsi vardır və Mədənidir (Mədinədə nazil olub). Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Cümə” surəsini qiraət edərsə, Allah cümə namazında iştirak edənlərin on bərabərinin və həmçinin o kəslərin ki, müsəlman şəhərlərində cümə namazına getmirlər, onların sayı qədər ona həsənə əta edər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində oxuyarsa, iki cümə arasında günahların kəffarəsi olar”.

İmam Baqir (ə) buyurur: “”Cümə” və “Münafiqun” surələrini oxuyun, çünki bu iki surəni cümə gününün səhəri, zöhrü və əsri oxumaq sünnətdəndir”.

İmam Sadiq (ə) buyurur: “Hər bir möminə lazım və layiqlidir ki, əgər bizim davamçımızdırsa, “Cümə” və “Əla” surələrini cümə gecəsində oxusun və cümə gününün zöhründə “Cümə” və “Münafiqun” surəsini oxusun. Hər kim belə edərsə, ona bənzəyir ki, Allah peyğəmbərinin əməli kimi əməl etmişdir. İşlərinin savabı ancaq behiştdir”.

İmam Baqir (ə) buyurur: “Allah “Cümə” surəsinin vasitəsilə möminləri əziz tutmuşdur. Allah Rəsulu (s) “Cümə” surəsini möminlər üçün müjdə və “Munafiqun” surəsini isə münafiqlər üçün qınama qərar vermişdir. Ona görə də bu iki surəni oxumağı cümə namazında tərk etməyin”.

Qorxulu işləri uzaqlaşdırmaq. Hər kim hər gecə və ya gündüzdə “Cümə” surəsini oxuyarsa, qorxduğu şeydən amanda olar. Hər bir qorxulu olanı ondan uzaqlaşdırar. Hər kim “Cümə” surəsinin qiraətini davamlı edərsə, ona böyük bir əcr nəsib olar. Qorxduğu hər şeydən amanda olar.

Şeytan vəsvəsəsini uzaqlaşdırmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim gecələr və ya gündüzlər “Cümə” surəsini qiraət edərsə, şeytan vəsvəsəsindən amanda olar. Allah həmin günün günahını bağışlayar”.

 

Cümə surəsi ərəbcə.

 

Cümə surəsinin tərcüməsi.

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..