Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 Yanvar 13:21
1 Şərh
10224

Çətinlikləri dəf etmək, itən şeyi tapmaq, borcu qaytarmaq, ruzinin artması – “Muzzəmmil” surəsinin fəzilətləri

“Muzzəmmil” surəsi Quranın 73-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 20 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxuyar, dünya və axirət çətinlikləri ondan dəf olar”. (Tebyan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Muzzəmmil” surəsini oxumağı davamlı edərsə, Allahın Peyğəmbərini (s) yuxuda görər və ürəyi istədiyini ondan istəyər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim “Muzzəmmil” surəsini işa namazında gecənin sonunda oxuyarsa, gecə və gündüz iki şahid kimi bu surə ilə birlikdə onu oxuyanın faydasına şəhadət verərlər. Allah ona pak həyat verər və pak ölümlə dünyadan gedər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsi yüz dəfə oxuyarsa, Allah yüz günahını bağışlayar və ona min həsənə əta edər”.

Bu surənin bərəkətləri:

1. Ərlə arvadın barışması. Əgər bu surəni yola getməyən ərlə arvad üçün şərbətə oxuyub onlara içizdirərlərsə, onlar mehriban olarlar.

2. İtəni tapmaq. Hər kim bir şeyi itirən zaman 10 gün hər gün bir dəfə bu surəni oxuyarsa Allahın izni ilə itirdiyini tapar.

3. Övlad sahibi olmaq üçün. Əgər ərlə arvad övlad sahibi olmurlarsa, hər ikisi oruc tutsun və iftar zamanı qüsl alsınlar və bu surəni bir dəfə suya oxusunlar və həmin sudan içsinlər.

4. Borcu qaytarmaq. Əgər kimin borcu varsa namazdan sonra bu surəni davamlı olaraq oxusun, borcunu qaytarar.

5. Ruzi artar. Hər kimin ruzisi az olar, 40 gün hər gün bir dəfə bu surəni oxusun, ruzisi artar.

6. Sehri batil edər. Əgər kiməsə sehr edilibsə, bazar günü bu surəni yazsın və yazdığını yuyub həmin şəxsə içizdirsin, sehri batil olar.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..