Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Fevral 11:42
Şərh Yoxdur
4209

Bütün vacibatlar Quranda bəyan olunmuşdur, yoxsa yox?

Vacibat dedikdə o əməllər nəzərdə tutulur ki, hər müsəlman ona riayət etməli və yerinə yetirməlidir. Əgər həmin əməlləri tərk edərsə, o zaman günah qazanar və axirətdə cəzalanar.

Yəni, burada firuiddindən söhbət gedir.

 

Qurani-Kərim haqqında deyə bilərik ki, bu Müqəddəs Kitab – hidayət və qanun kitabıdır. Ona görə də orada bəyan olunan qanunlara əməl etmək vacibdir. Cüzi mövzulardan tutmuş, nəhəng mövzulara qədər.

 

Quran adətən cüzi mövzulara sadəcə toxunmuşdur, ancaq onun şərhini və izahını Məsumlara (ə) buraxmışdır. Quran bu müqəddəs insanları zikr əhli, alim, Ulul-əlbab və bu kimi adlandırmışdır.

 

O vacibatlar ki, Quran sadəcə ona işarə etmişdir, Məsumlarımız (ə) onu bizlərə tanıtmış və yerinə yetirilməsini vacib etmişdilər. (Həvzəh/Deyerler)

 

Ona görə də Quranda vacibatlar ümumi şəkildə bəyan edilmişdir. Onun şərhi və izahı Məsumlar (ə) tərəfindən tanıdılmışdır. Bu səbəbdən demək olar ki, Quran vacibatların hamısını tək-tək aydın şəkildə bəyan etməmişdir. Sadəcə onlara işarə etmiş və qalan məlumatı Məsumların (ə) üzərinə qoymuşdur.

 

Allah Təala bizlərə İslamın qanun-qaydalarına əməl etməyi nəsib etsin!

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

‘Leylətül-məbit’ ayəsi və onun təfsiri

Qurani-Kərimin “Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur: وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

‘Mübahilə’ ayəsi və onun qısa izahı

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا... Davamı..

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..