“Qəsəs surəsi” Quranın 28-ci surəsi olub Məkkədə nazil olmuşdur və 88 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Qəsəs” surəsini oxuyar, Həzrət Musanı (ə) inkar və təsdiq edənlərin on bərabəri qədər ona həsənə verilər. Qiyamət günü yerin və göyün bütün mələkləri onun faydasına şəhadət verərlər ki, o, düz danışan və doğruçu idi”. (Tebyan/Deyerler)
Bu surənin bərəkətləri:
1. Bütün dərdlərin şəfası. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Qəsəs” surəsini yazsanız və su ilə yusanız (içsəniz) bütün dərd və narahatlıqlar aradan gedər”.
2. Qarın və qaraciyər ağrısı. İmam Sadiq (ə) buyurur: “Əgər “Qəsəs” surəsinin yazılmışını qarın, qaraciyər və ya hansısa daxili bədən ağrısı olana assalar, yaxşılaşar”.
3. Zalıma qarşı. Hər kim zalımla üzləşən zaman bu surənin 68-70-ci ayələrini 7 dəfə oxuyarsa və 3 dəfə deyərsə: “Allahu ğalibu əmrihi” – zalımın zülmündən amanda olar.