Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Dekabr 12:36
Şərh Yoxdur
3753

Bu surələri davamlı oxuyan, münafiq olmaz və İmam Əlinin (ə) davamçılarından olar

İmam Sadiq (ə) buurur:“Hər kim hər ayda “Ənfal” və “Tövbə” surəsini oxuyarsa, heç bir zaman nifaqa düçar olmaz və Həzrət Əlinin (ə) davamçılarından olar”. (Tebyan/Deyerler)

“Ənfal” Quranın səkkizinci surəsidir ki, “Əraf” surəsindən sonra və “Tövbə” surəsindən əvvəl gəlir. 75 ayəsi vardır və Quranın yarım cüzünə şamil olur.

Bu surə ikinci hicri ilində Bədr döyüşündən sonra nazil olmuşdur. İbn Abbas nəql edir ki, Peyğəmbər (s) Bədr döyüşü günü əsgərləri döyüşə həvəsləndirmək üçün onlara hədiyyə təyin etdi. Bu təşviq sayəsində əsgərlərin iman ruhu gücləndi və hədəfə çatmaq üçün bir-biri ilə yarışdılar. Bədr döyüşü sona çatan zaman cavanlar mükafatlarını almaq üçün Həzrətin (s) yanına gəlirlər. Qocalar da qənimətdən pay istəyirdilər. Çünki özlərini əsgərlərin dayağı hesab edirdilər. Bu zaman “Ənfal” surəsi nazil oldu. Aydın şəkildə elan etdi ki, qənimət Peyğəmbərə (s) aiddir. O, necə istəsə, onunla o cür rəftar edəcəkdir. Bu zaman müsəlmanlar Həzrətə (s) itaət etmək üçün vəzifələndirildilər. Peyğəmbər (s) də bu qəniməti adil şəkildə ordunun hər bir üzvü arasında böldü və əmr etdi ki, hər kəs dost və qardaş olsunlar.

Döyüş qənimətinə ona görə ənfal deyirlər ki, bu qənimət sahibi olmayan maldır və əsgərlərin əlinə düşər. Əsgərlər heç bir zaman qənimətə görə düşmənlə mübarizə aparmazlar. Onların əsl hədəfi düşməni məğlub etməkdir. Onlara bu qənimət çatan zaman ona ənfal deyilər.

“Ənfal” sözü Quranda iki dəfə işlənmişdir. Bu surədə ənfalın adı çəkildiyi üçün ənfal adlandırılmışdır. Bədr bu surənin başqa bir adıdır. Bu surədə Bədr döyüşü ətraflı bəyan edilmişdir. Bəzi təfsirçilərin nəzərinə görə “Ənfal” surəsi “Tövbə” surəsi ilə bir yerdə bir surə sayılır. Hətta bəziləri bu surələrdən birini namazda oxumağı caiz bilmirlər.

Ənfal” surəsində bəyan olunanlar:

– Ənfalın hökmü və ümumi sərvətlər.

– Xümsə aid əhkam və onun istifadə qaydası.

– Bədr döyüşü və orada olan ibrətli dərslər.

– Müsəlmanlar arasında sülh, nifaqdan çəkinmək.

– Peyğəmbərə (s) itaət əmri.

– Düşmən qarşısında səbrin əhəmiyyətinə işarə.

– Bütün döyüşlərdə müsəlmanlara edilən qeybi yardımlar.

– Mal və övladın imtahan vasitəsi olması.

– Möminin nişanəsi, sifətləri, əxlaqı, elmi.

– Cihadın əhkamı və müsəlmanların düşmən qarşısındakı vəzifələri.

– Leylətul-məbitə işarə.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..