Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Fevral 14:00
Şərh Yoxdur
7213

Bu surə sayəsində Qiyamət günü hesab asan çəkilər – “Taha” surəsinin fəzilətləri

“Taha” surəsi – Quranın 20-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 135 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Taha” surəsini oxuyar qiyamət günü bütün mühacirlərin və ənsarların savabı əta olunar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah Təala Həzrət Adəmi (ə) xəlq etməzdən 2 min il əvvəl “Yasin” və “Taha” surələrini qiraət etmişdi və mələklər onu eşidən zaman demişdilər: “Xoş olsun o ümmətə ki, bu surələr onlara nazil olar və xoş olsun o kəslərin halına ki, bu surələrə batinlərində yer veriblər””. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Taha” surəsini oxumağı tərk etməyin, çünki Allah onu sevir. Hər kim onu oxuyar, onu da sevər. Hər kim onu davam etdirməyi istəyər, Allah Qiyamət günü əməl dəftərini sağ əlinə verər və hesabını çətin çəkməzlər və ona o qədər mükafat verər ki, razı qalar”.

Bu surənin bərəkətləri.

 

1. Elçilikdə müsbət cavab almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim (Taha) surəsini yazar və yaşıl parçada qərar verib elçiliyə gedərsə, elçiliyi rədd olmaz və hacəti yerinə yetər”.

 

2. Evliliyi asan olar. İmam Sadiq (ə) buyurur: “Hər kimin elçisi yoxdursa və ya elçiliyinə cavab vermirlərsə, “Taha” surəsini yazsın və yusun. Suyunu üzünə töksün və Allah onun evliliyini asan edər”.

 

3. Hacətin yerinə yetməsi. Böyük hacətinizin yerinə yetməsi üçün yüz dəfə Taha deyin, bir dəfə “İxlas” surəsini oxuyun, sonra yenə yüz dəfə Taha deyin, bir dəfə “İxlas” surəsini oxuyun və bu tərtiblə yeddi dəfə bu işi təkrar edin. O zaman ki, yeddi dəfə “İxlas” surəsini və 800 dəfə Taha sözünü dediniz, ondan sonra 17 dəfə “İxlas” surəsini oxuyun. Allah Təala hacətinizi yerinə yetirər.

 

4. Ağız xəstəliklərinin sağalması. Ağızda olan hər bir ağrı üçün bu surənin 1-5-ci ayələrini yazın və özünüzlə gəzdirin.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..