Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 İyun 08:42
Şərh Yoxdur
3172

Bu dua Peyğəmbərimizin (s) ən çox etdiyi duadır

Ali Rəhbər öz xütbələrinin birinin sonunda bu duanı demişdir:

“یا مُقَلِّبَ القُلوبِ ثَبِّت قُلوبَنا عَلی دینِک.»

“Ya muqallibəl-qulub, sabbit qalbi alə dinikə”. (“Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. Qəlbimi Sənin dinində möhkəm et”)

 

Bu dua – böyük din alimlərinin ən çox tövsiyə etdiyi dualardan biridir. Ola bilsin ki, bəziləri etiraz edərək desinlər ki, bizim dinimizdəki yəqinliyimiz sabitdir, ona görə də bu dua daha aşağı təbəqədə yerləşən möminlərə şamil edilir. Xeyr, belə deyildir. İnsan möminlik pilləsinin hansı məqamında qərar tutursa-tutsun – insanın qəlbi olar, imanı olar, dindarlığı var. Hər an qərar tutduğu məqamdan süqut etmək təhlükəsi mövcuddur. Ancaq bu dua bizə öyrədir ki, Allahdan istəyək bizi tutduğumuz məqamda sabitqədəm etsin və süqut etməyə qoymasın. Əksinə, daha da yüksəlməyimizə tofiqat versin.

 

Hədislərimizdə bu dua “Ğəriq duası” adı ilə məşhurdur. Abdullah ibn Sinan nəql edir: “İmam (ə) buyurmuşdur: “Tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz, məgər o kəsdən başqa ki, “Ğəriq” duasını oxuyar””.

 

Bu dua belədir:

 

Ya Allahu, ya Rəhmanu, ya Rahim

يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ

 

 

Ya muqallibəl-qulub
يَا مُقَلِّبَ ٱلْقُلُوبِ

Ey, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir.

 

Sabbit qalbi alə dinikə

ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ

Qəlbimi Sənin dinində möhkəm et.

 

Həmçinin, Həzrət Peyğəmbərin (s) ən çox oxuduğu dualardan biri də məhz bu dua olmuşdur. Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmədən soruşurlar ki, Həzrətin (s) ən çox oxuduğu dua hansı olmuşdur? O, demişdir ki, “Ğəriq duası”.

 

Mən də bu sualı Həzrətə (s) vermişdim və o, bu duanı tövsiyə etdikdən sonra, mənə buyurmuşdu: “Ey Ümmi Sələmə! Elə bir insan yoxdur ki, məgər qəlbi Allah qüdrətinin iki barmağı arasında yerləşməsin. İstədiyini davamlı edər və istədiyini yolundan azdırar””.

 

Əslində davamlılıq və sabitqədəm olmaq, eləcə də yolundan azmaq – qəlbə aid olan əməllərdəndir. İlk addım – insanın seçim etməsi və imanıdır.

 

İkinci addım isə Allahın onun əməli qarşılığında verdiyi nəticədir. Hər kim Sirat yolundan azar – həmin adamın öz seçiminə görə olar. Ancaq nəticəsini Allah verər. Əgər insan havayi-nəfsini seçərsə və maddiyyat ardınca gedərsə, Allah da onun qəlbini mənəviyyat yolundan çevirər.

Ona görə də yolumuzun azması – öz seçimimizin nəticəsidir. Yolumuzu düz seçib, bu yolda sabitqədəm olmaq da öz seçimimizə bağlıdır.(Həvzəh/Deyerler)

 

İnsanın hər an nəsihətə ehtiyacı vardır və onlardan biri də məhz “Ğəriq duası”dır ki, Məsumlarımız (ə) tövsiyə edirlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..