Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
31 Avqust 09:17
Şərh Yoxdur
8805

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki, abır həya ona zinət verməsin.”[1]

“Allah-taala cənnəti nə dediyindən və nə də eşitdiyindən qorxusu olan hər bir dili pis, həyasız söyüş söyənə haram etmişdir.”[2]

“Allahın ən pis bəndələrindən biri odur ki, söyüşkənliyinə və dilinin pisliyinə görə onunla yoldaşlıq xoşagəlməz olsun.”[3]

 

İmam Əli (ə) buyurub: “Böyük insan heç vaxt söyüş söyməz.”[4]

 

İmam Baqir (ə) buyurub:

“Allahın pis dilli, söyüş söyəndən (və ya söyüşə qulaq asandan) acığı gələr.”[5]

“Sizə deyilməsini istədiyiniz ən yaxşı şeyləri camaata deyin. Çünki Allah möminlərə söyüş söyən, lənətləyən və haqlarında pis danışan, dili pis olan və simic dilənçiyə nifrət edər.”[6]

“Alçaqların hərbə-zorbası çirkin sözlər danışmaqdır.”[7]

 

İmam Sadiq (ə) buyurub:

“Söyüş söymək, dili pis olmaq və vəhşilik nifaqdandır.”[8]

“Camaat kimin dilindən qorxarsa, o, alovda olar.”[9]

 

www.ahliman.info

[1] Biharul- Ənvar, c.79, səh.111, hədis 6

[2] əl-Kafi, c.2, səh.323, hədis 3

[3] əl-Kafi, c. 2, səh.325, hədis 8

[4] Ğurərul-Hikəm, hədis 9478

[5] əl-Kafi, c.2, səh.324, hədis 4

[6] Biharul- Ənvar, c.78, səh.181, hədis 67

[7] Biharul- Ənvar, c.78, səh. 185, hədis 14

[8] Biharul-Ənvar, c.79, səh.113 hədis 14.

[9] əl-Kafi, c. 2, səh.327, hədis 3

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..