Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Avqust 09:27
Şərh Yoxdur
5368

Batini gözəlliklə yanaşı, zahiri nuraniyyət əldə etmək istəyənlərə 6 tövsiyə

İmam Həsən Əsgəri (ə) buyurur: “Üzün gözəlliyi – zahiri gözəllik, ağılın gözəlliyi – insanın batini gözəlliyidir”.

İmam Əli (ə) buyurur: “İnsanın gözəlliyi – səbir və hövsələsindədir”.

Həzrət Əli (ə) buyurur: “İnsanın gözəlliyi vüqarında və hüzurlu olmasındadır”.

Hədislərimizdə adı çəkilən gözəllik – batini gözəllikdir. Ancaq həmin batini gözəllik başqalarının qəlbini özünə cəlb edər və insanlar ona meyl edər.

Bu hədislərdən belə nəticəyə gəlmək olur ki, insanın batini gözəlliyi səbrindən, hövsələsindən, vüqarından asılıdır. İlahi övliyaların həyatına nəzər salan zaman görmək olur ki, bu gözəl rəftarları həyatlarının hər bir anında göstərmişdilər. Əgər insan batini gözəlliklə yanaşı, zahiri nuraniyyət də istəyirsə, o zaman nə etməlidir?

 

1. Dəstəmaz almaq. Hədislərdə oxuyuruq: “Dəstəmaz üstünə dəstəmaz almaq – nur üstünə nurdur”. Hər kim simasının nurani olmasını istəyirsə, davamlı olaraq dəstəmazlı olması tövsiyə olunur. Həzrət Peyğəmbər (s) buyurur ki, İmam Əlinin (ə) davamçıları dəstəmazın vasitəsilə behiştə daxil olarlar və üzləri ağ olar.

 

2. Bütün gecəni yatmamaq. Həzrət Əli (ə) buyurur: “Üzün nurani olması bütün gecəni yatmaqla bir yerə sığmır”. Yəni, əgər insan üzünün nurani olmasını istəyirsə, gərək gecənin bir hissəsində oyaq qalsın və ibadətlə məşğul olsun.

 

3. Gecə namazı. İmam Sadiq (ə) buyurur: “Mən üzün nuraniliyini istədim və onu gecə namazında tapdım. Gecə namazı gözəllik iksiridir”.

 

4. Namaz qılmaq. İmam Əli (ə) buyurur: “Namaz – üzün nuraniliyi və möminin izzətinə səbəb olandır”.

 

5. Allahın inayəti. İmam Əli (ə) buyurur: “Möminin üzünün gözəl olması – Allahın ona qarşı yaxşılığına görədir”. Əgər mömin Allahın rizası olan işlər görərsə, Allah da simasını gözəl edər.

 

6. Təvazökarlıq. İmam Əli (ə) buyurur: “Möminin gözəlliyi – təqva və təvazökarlığındadır”.

Yadda saxlayaq ki, bu əməlləri sadəcə üzümüzün nurani olması üçün yerinə yetirməyək. Gərək əsl hədəfimiz – Allah Təalaya yaxınlaşmaq və Onun rizasını əldə edən işlər görmək olmalıdır. Əgər niyyətimiz xalis olarsa, onun nuru istər-istəməz üzümüzə də sirayət edəcəkdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..