Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Avqust 15:40
Şərh Yoxdur
2541

Anaların və həyat yodaşlarının haqqına aid İmam (r) buyurub: “Kişi qadının ətəyindən meraca gedər”

Bu dünyada hər kəs bir işlə məşğuldur. Bu dünyada biri elm dalıncadır, biri pul, biri də axirət. Lakin bir nəfər də vardır ki, çalışır ki, yemək hazırlasın, paltarları səliqəyə salsın, qulluq etsin və əvəzində heç bir şey istəmir. Nə onun bu xidmətləri kiminsə yadında qalır və nə də heç kəsdən muzd istəyir. Səssiz və sədasız iş görər, riyadan uzaqdır. Əgər bu deyilənlərə diqqətlə nəzər salsaq, görərik ki, bu fədakar insan – anadır. Hamının qəmini yeyər və hər kəsi düşünər. (Tebyan/Deyerler)

Səhərdən axşama qədər evdə və evdən bayırda zəhmət çəkər ki, övladları və həyat yoldaşı rahat yaşasınlar. Evi təmiz, yeməkləri dadlı və söhbətləri şirindir anaların.

Bizlərin bir çoxu analarımızın qədrini bilmirik. Bəzən evə yorğun və ya əsəbi halda gələn zaman soyuq salam verir və bişirdiyi yeməklərə ağız büzürük. Çirkli paltarımızı otağın küncünə atırıq.

Gəlin analara xitab edək və deyək: “Anacan, bilirik ki, yorulmusan, bilirik ki, minlərlə kiçik və böyük işlər görmüsən, bilirik ki, ailənin bütün yükü üzərindədir, bilirik ki, bütün il boyu gecə və gündüz ancaq bizi düşünürsən, biz isə səni ancaq ilin bir günü – analar günü xatırlayırıq.

Ola bilsin ki, tək olan zaman çoxlu göz yaşı tökmüsən və düşünmüsən ki, bu qədər zəhməti nə üçün çəkmisən? Bir ömür həyatını ailənə qurban etmisən. Müstəhəblərdən uzaq olub, istədiyin ziyarətlərə gedə bilməmisən. Uzun zamandır ki, Allahla xəlvət edə bilməmisən.

Xoş olsun halınına ki, səhərdən axşama qədər ibadət etmisən. Uca Allah behişti sənin ayaqlarının altında qərar vermişdir. Mehriban Allah sizin bütün səy və çalışmanızı görür və heç bir insanın zəhmətini əcrsiz buraxmaz”.

 

İmam Sadiq (ə) buyurur: “Ümmi Sələmə Peyğəmbərdən (s) qadının ərinə xidmət etməsi barəsində soruşanda, Həzrət (s) buyurur: “Hər bir qadın ərinin evində onu səliqəyə salmaq niyyətilə bir şeyi götürüb, başqa bir yerə qoysa Allah ona nəzər salar. Hər kimə Allah nəzər salar, ona əzab verməz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Layiqli qadın iki inkişaf amilindən (ailə) biridir”.

 

Rəhmətlik İmam Xomeyni (r) buyurur: “Kişi qadının ətəyindən meraca gedər”.

Hamı yaxşı bilir ki, övladların müvəffəq olmasında anaların rolu böyükdür. Hər bir müvəffəq kişinin arxasında bir müvəffəq qadın dayanar.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, kişi öz həyat yoldşına nəzər salar və xanımı da ona nəzər salar, Allah rəhmət baxışları ilə onlara nəzər salar”.

Allah Təala hər bir halda qadınlara məhəbbət gözü ilə nəzər salar. Onun üçün təyin etdiyi hədəfdə ən çox savab və əcri nəzərə almışdır.

 

Həzrət Peyğəmbər (s) buyurur: “O qadın ki, yeddi gün ərinə xidmət edər, Allah cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Behiştin səkkiz qapısını üzünə açar ki, hansı qapıdan istəsə daxil olsun”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Elə bir qadın yoxdur ki, ərinə bir qurtum su içizdirsin, məgər o halda ki, bu əməl onun üçün gündüzləri oruc tutmaq və gecələri ibadətlə keçirtməkdən daha yaxşıdır”.

Ona görə də ey analar və həyat yoldaşları! Öz zəhmətinizi hədər getmiş hesab etməyin. Bu zəhmətlərin savabını sizlərə Allah verəcəkdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..