Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Dekabr 14:43
Şərh Yoxdur
4991

Ailə quran zaman istixarə etmək olarmı?

Bəzi fərdlər və ailələr məsləhətli yolu təyin etmək üçün istixarəyə müraciət edirlər. Amma istixarə həddini düzgün bilmədiklərindən onu yeri gəldi-gəlmədi işə salırlar. Məlum məsələdir ki, istixarə ağıl, təcrübə, məsləhət və bu kimi yardımları əvəz etməməlidir. İstixarənin ağılın yerini tutması düşüncəni zəiflədir, insanın əqli inkişafına mane olur. İnsan öz həyat problemlərini ağıl və təcrübə vasitəsi ilə həll etməlidir. Öz ağılı ilə hər hansı məsələni həll edə bilməyən şəxs başqalarının ağıl və təcrübəsindən faydalanmalıdır. (Məlumatlı və mütəxəssis şəxslərlə məsləhətləşmək lazımdır.) Bütün bu mərhələlərdən sonra son qərar çıxarmaq olar. Amma deyilən tədbirlərdən sonra mövcud şübhələr aradan qalxmasa, insan tərəddüddə qalsa və seçim aparmağa məcbur olsa, Allaha üz tutub tərəddüdlü vəziyyətdən çıxmaq üçün istixarə edə bilər. İstixarə bir növ duadır. İstixarə edən şəxs Allahdan istəyir ki, ona doğru yol göstərilsin və tərəddüdlü vəziyyətə son qoyulsun. İstixarə edən insan Allahın lütf və yardımlarına ümidli olmalı, hər bir duada hüsn-zənn və xoşbinliyi tərk etməməlidir. Xoş gümanla istixarə edib onun nəticəsini boşlamaq tərbiyəvi baxımdan düz deyil. Eləcə də, düzgün deyil ki, bir şəxs dua etdiyi halda duasının qəbul olmayacağını düşünsün. Belə bir münasibət duada hüsnü-zənnə ziddir. Əslində istixarənin nəticəsi şəri dəlil deyil və hansısa iş istixarə ilə vacib olmur. Böyük alimlərdən biri “istixarə edib onun nəticəsini boşlamaq olarmı” sualına belə cavab vermişdir: “İstixarə vaciblik gətirmir.[1]

İzdivac məsələsində lazımlı araşdırmalar aparmadan istixarə yolunu seçmək şəri və islami ölçülərə uyğun deyil.

[1] “İstiftaat”, c. 2, s. 29.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..