Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur:
يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟
“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”
İmam Əli (ə) buyurdu: “Bəli, ya Rəsuləllah (s)!”
Həzrət (s) buyurdu:
أحسنكُم خُلقاً ، وأعظمُكم حلماً ، وأبرُّكم بقرابتِه ، وأشدُّكم من نفسِه إنصافاً.
“Ən gözəl əxlaqı və ən böyük həlimliyi olanınız, yaxınlarına ən çox yaxşılıq edəniniz və insaf baxımından daha çox öz nəfsinə qarşı çıxanınızdır.” (“Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.340.)
Doğrudan da, gözəl xasiyyət ən üstün sifətlərdəndir. Kimdə bu sifət və həlimlik olsa, deməli, o, Peyğəmbərə (s) oxşamışdır.