Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Yanvar 16:01
Şərh Yoxdur
483

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat bir xurma lifinin yanmağı qədər olar”.
لا تَقُومُ السَّاعَةُ حَتَّى يَتَقَارَبَ الزَّمَانُ ، فَتَكُونَ السَّنَةُ كَالشَّهْرِ ، وَيَكُونَ الشَّهْرُ كَالْجُمُعَةِ ، وَتَكُونَ الْجُمُعَةُ كَالْيَوْمِ ، وَيَكُونَ الْيَوْمُ كَالسَّاعَةِ ، وَتَكُونَ السَّاعَةُ كَاحْتِرَاقِ السَّعَفَةِ – (اكَالضَّرَمَةِ بِالنَّار)
Həzrət Məhəmməd (s).
Termizi, “əs-Sünən”, hədis: 2332.

P.S: Zamanın yaxınlaşmasını müxtəlif cür yozmaq və təfsir etmək olar. Məsələn elm və texnologiyanın sürətli inkişafı kimi ki, qədim zamanda 100 günə çatdıracağın məktubu 1 saniyədə çatdırırsan. Bu hədisin elmi ecazkarlığına aiddir.
Amma bir nümunəsi də həqiqətən bu dönəmdə vaxtın və saatın çox sürətli keçməsidir.
İnsan ömründən, günündən faydalanmadan saatlar, günlər axıb gedir, əməlli-başlı vaxt qıtlığı yaranıb. Ya belə deyək ki, vaxtı qıtlaşdıracaq faydasız şeylər çoxalıb deyə, bir də ondan ayılırıq ki, ömrümüzü uduzmuşuq.
Allah dadımıza çatsın, belə olmasın ki, bir də Əzrayılı görəndə yadımıza düşsün ki, dünya və axirətin hər ikisini Şeytana uduzmuşuq.
@mirmehemmed_beshir

Digər “Hədislər ” Xəbərləri

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..