Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Mart 21:11
Şərh Yoxdur
258

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

Əhli-Sünnə aliminin “xəndək” etirafı və Qədr gecəsi

“Əlinin (ə) XƏNDƏK savaşı günü (Əmr bin Əbdəvidə) vurduğu zərbə insanların və cinlərin ibadətindən üstündür”.
ضربة علی یوم الخندق افضل من عبادة الثقلین
Həzrət Məhəmməd (s)

P.S: Məşhur əhli-Sünnə alimi və Quran təfsirçisi Fəxrüddin Razi (6-7-ci hicri-qəməri əsri) özünün “Məfatihul-Ğeyb” (c.32, s.231) adlı təfsir əsərində Qədr surəsinin təfsirində deyir:
و هذا كقوله عليه السلام لمبارزة علي عليه السلام مع عمرو بن عبد ود [العامري‏] «أفضل من عمل أمتي إلى يوم القيامة».
“Bu (yəni Qədr gecəsinin min aydan xeyirli olması ifadəsi), Peyğəmbərin (s) “Əlinin (ə) Xəndəq döyüşündə Əmr bin Əbdəvid Amiri ilə mübarizəsi Qiyamət gününədək ümmətimin əməlindən üstündür” deməsi kimidir. Peyğəmbər (s) buyurmadı “Əlinin zərbəsi ümmətin əməli kimidir”, buyurdu ki, “daha üstündür”. Yəni ey Əli (ə) bu zərbə sənə Qiyamət gününün hesabında bəs edər, qalan əməllərin artıq şeydir.”

Qədr gecəsi də belədir. Min ayın, yəni 83 ilin ibadətindən daha üstündür. Əgər bu gecələri layiqincə qarşılayıb, layiqincə yola sala bilsək, dünya və axirət xoşbəxtliyimizə bəsdir.

Digər “Hədislər ” Xəbərləri

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən!

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən! Abdullah ibn Sinan deyir: İmam Cəfər Sadiqin (ə) hüzurunda idik. Məclisdə... Davamı..

Günahın odu insanın bütün yaxşı əməllərini yandırır.

İmam Baqir (ə) Rəsulullahın (s) belə buyuruğunu nəql etmişdir: “Allah-taala “Subhanəllah”, “Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu Əkbər” deyən hər kəsin bu zikirlərinin... Davamı..

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır?

Hansı gecələr Qədr gecəsidir və bu gecədə hansı əməlləri etmək savabdır? عَنْ إِسْمَاعِيلَ بْنِ مِهْرَانَ قَالَ: سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ (ع) يَقُولُ‏:... Davamı..

Bu ay tövbə üçün ən gözəl fürsətdir

Bu ay tövbə üçün ən gözəl fürsətdir عَنْ أَبِي الْحَسَنِ عَلِيِّ بْنِ مُوسَى الرِّضَا (ع)، أَنَّهُ قَالَ: مَنْ كَانَ تَائِباً مِنْ ذَنْبٍ،... Davamı..

Qorxulu rəhmət…

Bir dəfə Ömər ibn Əbdüləziz xəlifə Süleyman ibn Əbdülməlik ilə səfərə çıxır. Yolda onları ildırım, göy gurultusu tutur və qara buludların yaratdığı... Davamı..

imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı

İmam Məhəmməd Baqirdən (ə) nəql olunur ki, imam Əli (ə) ilin 4 gecəsini ibadət üçün ayırmışdı: “Əli ibn Əbi Talib (ə) özünü... Davamı..

Zamanın yaxınlaşması, zaman qıtlığı

“Qiyamət başlamayacaq ZAMAN yaxınlaşmadıqca, tezləşmədikcə. O zaman il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi keçər və saat... Davamı..