Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 İyun 14:06
Şərh Yoxdur
503

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir:
1-Oruc:
وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
“…Oruc tutmaq (çətin və məşəqqətli olsa da,) sizin üçün daha yaxşıdır, əgər bilsəniz.” (“Bəqərə” / 184.)
2-İnfaq (Allah yolunda xərc etmək):
يَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلْ مَا أَنفَقْتُم مِّنْ خَيْرٍ فَلِلْوَالِدَيْنِ وَالأَقْرَبِينَ وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ
“Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: “(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz, Allah etdiyiniz hər bir yaxşı işi bilir.” (“Bəqərə” / 215.)
3-Sülh və barışıq:
وَإِنِ امْرَأَةٌ خَافَتْ مِن بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلاَ جُنَاْحَ عَلَيْهِمَا أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ
“Əgər bir qadın öz ərinin itaətsizliyindən, ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh (və barışıq) daha yaxşıdır…” (“Nisa” / 128.)
4-Təqva:
يَا بَنِي آدَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْءَاتِكُمْ وَرِيشًا وَلِبَاسُ التَّقْوَىَ ذَلِكَ خَيْرٌ
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır…” (“Əraf” / 26.)
5-İlahi rəhmət:
وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ
“…Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.” (“Zuxruf” / 32.)
6-Hikmət:
وَمَن يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا
“…Kimə hikmət verilsə, (ona) doğrudan da, çoxlu xeyir verilmişdir….” (“Bəqərə” / 269.)
7-Tövbə:
فَإِن يَتُوبُواْ يَكُ خَيْرًا لَّهُمْ
“…Əgər tövbə etsələr, onlar üçün daha yaxşıdır… ” (“Tövbə” / 74.)
8-Alış-verişi tərk edib cümə namazına getmək:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نُودِي لِلصَّلَاةِ مِن يَوْمِ الْجُمُعَةِ فَاسْعَوْا إِلَى ذِكْرِ اللَّهِ وَذَرُوا الْبَيْعَ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
“Ey iman gətirənlər, cümə günü namaza çağırılan zaman, Allahı zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz, bu, sizin üçün daha xeyirlidir.” (“Cümə” / 9.)
9-İlahi ruzi:
وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَى
“…Rəbbinin ruzisi (kitab və din) daha yaxşı və əbədidir.” (“Taha” / 131.)
10-Cihad:
كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ وَعَسَى أَن تَكْرَهُواْ شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ
“Sizin üçün (kafirlərlə) döyüş yazıldı və qərara alındı, halbuki (bu,) sizin xoşunuza gəlmir. Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki o sizin üçün xeyirlidir…” (“Bəqərə” / 216.)
Digər “Qurani Kərim ” Xəbərləri

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..

Dünya alimlərinin Quran barəsində söylədikləri:

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: “Əgər... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..