Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Sentyabr 13:38
Şərh Yoxdur
7218

Bu surəni 1 dəfə oxumaq, Quranı 10 dəfə xətm etmək kimidir

Bəşər həyatı çətinliklərlə doludur. İnsan bu çətinlikdən çıxmağın yollarını axtarır. Bu yolda mənəviyyata üz tutanlar, həmin çətinliklərdən xilas ola bilirlər.

Qurani-Kərim – insana bu çətinliklərdən xilas yolu göstərən bir hidayətçidir. Çünki onu bəşəri Xəlq Edən göndərmişdir.

 

Quranın hər bir surəsi – çətinliklərdən çıxmağın açarıdır. Bu sahədə “Yasin” surəsinin xüsusi fəziləti vardır. Əgər insan bu surənin fəzilətləri ilə tanış olsa, yaxşı bilər ki, ondan fayda apara bilər.

 

Məsumlarımız (ə) “Yasin”i  – “Quranın qəlbi” adlandırırlar. Əgər insan bədənində qəlb olmazsa, o zaman bədən də yaşaya bilməz. “Yasin” surəsi də Quranın ürəyidir.

 

Əgər tarixə nəzər salsaq, görərik ki, alimlərimiz mənəviyyat pillələrində yüksəlmək üçün bu surənin fəzilətlərindən faydalanmışdılar. Öz şagirdlərinə də bu surəni tövsiyə etmişdilər.

 

Böyük alimlərdən olan Ayətullah Hacı Şeyx Müctəba Qəzvini Xorasani öz şagirdlərinə tövsiyə edərdi ki, hər axşam yatmazdan əvvəl “Yasin” surəsini oxusunlar. Onu başlamazdan əvvəl və qurtarandan sonra 14 salavat desinlər. Yəni, bu surəni həmin salavatların arasında qərar versinlər. Şübhəsiz ki, bu 14 salavat da seyr və suluk yolunda olanların malik olduqları sirlərdən biridir.

Həmin alim buyurur: “Mən bəndə həyatımda hara çatmışamsa və hər nə əldə etmişəmsə –  bu surənin bərəkətinə görədir”.

 

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, “Yasin” surəsi mənəvi məqamın ucalması üçün mühüm rola malik olan surələrdən biridir.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Yasin” surəsini oxuyarsa, ona bənzəyir ki, Quranı 10 dəfə xətm etmişdir”. (Beytutə/Deyerler)

 

Beləliklə deyə bilərik ki, əgər gündəlik çətinliklərdən xilas olmaq istəyiriksə, gərək Quranı unutmayaq və ondan yardım alaq. Bu yolda bizə “Yasin” surəsi kömək edə bilər. Onun fəzilətlərindən faydalanaraq, həm mənəvi məqamımızı qaldıraq və həm də çətinliklərdən xilas olarıq.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..