Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Mart 12:56
Şərh Yoxdur
5583

“Kafirun” surəsi niyə nazil olmuşdu?

Nəql edilir ki, Vəlid ibni Müğeyrə, As ibni Vail, Əsvəd ibni Mətləb Həzrət Peyğəmbərlə (s) görüşən zaman ona deyirlər: “Ya Muhəmməd! Gəl tanrılarımızı bir-birinin üzərinə qoyaq və biz sənin Allahına pərəstiş edək, sən də bizim tanrılarımıza. Nəticədə kin və küdurət aradan gedəcəkdir. Hamı müştərək tanrılara pərəstiş edəcəklər.

Ya bizim məbudumuz haqdır, ya da sənin Məbudun. Əgər bizim məbudumuz haqdırsa, aldanmazsa və onlara ibadət etməkdən fayda apararsan. Əgər sənin Məbudun haqdırsa, biz aldanmarıq və Ona pərəstiş etməkdən fayda aparmış olarıq”.

 

Bu sualın cavabında Allah Təala “Kafirun” surəsini nazil edir və buyurur ki:

“Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri),

Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm.

Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz,

Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm.

Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz.

Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur»”.

 

Bu surədə ayələr ona görə təkrar olur ki, kafirlər qəflətdən ayılsın və nə sayıqladıqlarının həqiqətini dərk etsinlər. Bilsinlər ki, Allah yeganədir və tayı-bərabəri yoxdur ki, Ona şərik olsun.

Kafirlər bilsinlər ki, Həzrət Peyğəmbər (s) heç bir zaman onların pərəstiş etdiklərinə pərəstiş etməyəcəkdir.//Deyerler.org

 

Allah Təala bizləri Həzrətin (s) yolunda səbitqədəm olanlardan qərar versin!

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..