Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Dekabr 11:00
Şərh Yoxdur
7967

Qurani-Kərimdə müvəffəqiyyətə çatmağın rəmzi

Qurani-Kərim bizlərə insanlarla necə rabitə qurmağımızı və necə rəftar etməyimizi öyrədir. Bəzən ata və ana rabitəsindən, bəzən də cəmiyyət üçün örnək olan insanlardan bəhs edir. Bəzən elə örnək olan insanlardan bəhs edir ki, başqalarının ona diqqət etməsini istəyir.“Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə)ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).

Qurani-Kərim buyurur ki, əgər əziz Peyğəmbərin (s) rəftarından örnək götürsən, xoşbəxt olarsan.

Bəzi ayələrdə isə xüsusi ad çəkmədən, saleh insanların xüsusiyyətinə işarə edir və buyurur: (İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45). Allah buyurur ki, əgər itaətkar olsan, namaz və orucdan yardım alsan, xoşbəxt olarsan.

Qurani-Kərim bəzi ayələrində isə nə kiminsə adını çəkir və nə də hansısa sifəti bəyan edir, sadəcə lətif bir işarə ilə müvəffəqiyyət rəmzini bizlərə tanıdır: “Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız (hər biriniz digərinin zinəti, eyiblərini örtən və onu günahdan qoruyansınız). (“Bəqərə” 187).

Allah Təala bu ayədə ərlə-arvad münasibətinə işarə edir və onu xoşbəxtliyin rəmzi kimi tanıdır. Əgər bir ailədə əsl meyar – din və imandırsa, həmin ailədə ər xanımı üçün libasdır, xanımı da əri üçün. Çünki:

– Libas kimi həyat yoldaşının eyblərini gizlədər, onu bir sirr kimi daxilində saxlayar. Həyat yoldaşının nöqsanını başqasına göstərməz.

– Bir libas kimi həyat yoldaşını təhlükələrdən qoruyar. Bəzən əlindən tutar və həyatda söykənəcəyi dirək olar ki, yerə yıxılmasın, bəzən də onu fəsad mühitinə düşməkdən qoruyub saxlayar.

– Həyat yoldaşı üçün libas kimi zinət olar. Çalışar ki, həyat yoldaşının abırını qorusun və elə işlər görər ki, həyat yoldaşı onunla iftixar etsin.

– Libas kimi özünü həyat yoldaşından ayrılmaz hiss edər. Heç kəs demir ki, mən və paltarım. Eləcə də həyat yoldaşı demir ki, mən və həyat yoldaşım. Hər birinin qəmi və şadlığı birdir.

– Bir libas kimi həyat yoldaşının halına diqqət edər. Lətif bir havada bədəni üçün nazik olar, soyuqda isə qalın. Həyat yoldaşları bir-birinin təskinlik vasitəsiləridirlər.

Əgər indiyə qədər libasınız olmayıbsa, hərəkət edin və öz libasınızı tapın. Əgər həyatda belə bir libasınız olsa, xoşbəxt olarsınız.

 

 www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..