Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Oktyabr 10:12
Şərh Yoxdur
8765

Cəhənnəm əhlinin çəkdiyi 8 ruhi əzab haqda Qurani-Kərim nə buyurur?

Qurani-Kərimin bir çox ayələrində cəhənnəm əhlinin çəkdiyi əzablara işarə edilmişdir. Bu əzabların bəziləri ruhidir ki, onlarla tanış olaq:

1. Allahın gözündən düşmək və Onunla rabitəni itirmək. “(Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»”. (“Muminun” 108).

2. İlahi rəhmətdən uzaq olmaq. Və (onlara) deyilər: «Siz (dünyada) bugünkü görüşünüzü unutduğunuz kimi, (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır»”. (“Casiyə” 34).

3. Behiştdəki dostlarına verilən nemətləri müşahidə etmək. “Və Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: «Sudan və ya Allahın sizə verdiyi ruzidən bizim üstümüzə tökün». Deyəcəklər: «Həqiqətən Allah bu ikisini kafirlərə haram etmişdir»”. (Əraf” 50).

4. Cənnət əhli ilə aralarında olan söhbət. “Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: «Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?». (Cəhənnəmdəkilər) deyəcəklər: «Bəli!» Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: «Allahın lənəti olsun zalımlara!»”. (“Əraf” 44).

5. Həsrət. “(Küfr və zülm başçılarına) tabe olanlar deyərlər: «Kaş bizim üçün (dünyaya) bir qayıtmaq (imkanı) olaydı və onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşaydıq». Allah onların (dünya) əməllərini bu cür həsrət amilləri kimi onlara göstərər. Onlar Cəhənnəm odundan əsla çıxan deyildirlər”. (“Bəqərə” 167).

6. Təhqir, zillət, xarlıq. “Sonra başının ortasından bütünlüklə əzab və işgəncə olan qaynar su tökün. (Və deyin:) «Dad ki, doğrudan da sən həmin qüdrətli və möhtərəmsən!». (“Duxan” 48-49).

7. Əzabın sonsuz olması. “Onlar (Cəhənnəmin məmurunu) çağırarlar (ki): «Ey (Cəhənnəmin) maliki! Rəbbin(ə de) bizi öldürsün və məhv etsin». O deyər: «Şübhəsiz, siz (burada) qalacaqsınız»”. (“Zuxruf” 77).

8. Cəhənnəmdən qaça bilməmək. “Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi şəkildə) ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!”. (“Həcc” 22).

Allah Təala bu dəhşətdən Özü aman versin!

Allah Təala bizləri bu əzablardan uzaq etsin!

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Qurani-Kərimdə xeyir və yaxşı işlər

Qurani-Kərimdə xeyir və yaxşı işlər üçün müxtəlif nümunələr göstərilmişdir: 1-Oruc: وَأَن تَصُومُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ “…Oruc tutmaq (çətin və məşəqqətli... Davamı..

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..

“Fatihə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən... Davamı..

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha... Davamı..

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..