“Qiyamət” surəsi Quranın 75-ci surəsidir ki, 40 ayəsi vardır və Məkkədə nazil olmuşdur. Bu surə ona görə belə adlanır ki, Allahın qiyamət gününə and içməsi ilə başlayır.
Həzrət Peyğəmbər (s) bu surə ilə bağlı buyurur: “Hər kim “Qiyamət” surəsini oxuyar, Qiyamət günü mən və Cəbrayil (ə) şəhadət verərik ki, onun Qiyamətə imanı var idi. Məhşərə o halda daxil olar ki, üzü Allahın başqa xəlqlərindən daha çox parlayan olar”. (Tebyan/Deyerler)
İmam Baqir (ə) buyurur: “Hər kim “Qiyamət” surəsini davamlı olaraq oxuyar və ayələrinə əməl edər, Əziz və Cəlil olan Allah onu ən yaxşı şəkildə Peyğəmbərlə (s) məhşur edər. O halda ki, üzü şad və güləndir, o zamana qədər ki, sirat körpüsündən və tərəzidən keçər”.
Bu surənin bərəkətləri:
1. İnsanların sevimlisi olmaq üçün. Həzrət Peyğəmbər (s) buyurur: “Bu surəni oxumağı davamlı etmək ruzinin artmasına və insanlar arasında sevimli olmağa səbəb olar”.
2. İffəti artırar. İmam Sadiq (ə) buyurur: “”Qiyamət” surəsini oxumaq müti olmağa səbəb olar, iffəti gücləndirər”.
3. Zəifliyi aradan aparar. Əgər bu surəni yazsanız və su ilə yusanız və onu içsəniz, zəifliyi aradan aparar.