İmam Sadiq (ə) buyurub: “İndi, ey Məfəzzəl! İnsanın ömür müddətinin ondan gizlin olması üzərində düşün. Çünki ömrünün nə qədər olduğunu bilsə və ömrü qısa olsa, həyat ona dözülməz olar. Belə ki, ölümü bildiyi vaxtda gəlməsini gözləyəcək. Sanki malı aradan getmiş və ya məhv olmaq ərəfəsində olan insan tək olacaq. Belə insan malının məhv olmasının və yoxsul olmasının qorxusundan əməli surətdə yoxsulluğu hiss edəcək. O ki qalsın, malın yox olması qorxusundan dəfələrlə çox olan ömrün sona yetmək qorxusu ola! Çünki kiminsə sərvəti azalarsa onun əvəzini qazanmaq ümüdi ilə təskinlik tapır. Ancaq ömrünün tamam olmasına (konkret və məlum vaxta) yəqinliyi olan kimsənin vücudunu yas bürüyər. Ancaq ömrü uzun olsa və bundan xəbərdar olsa, hələ diri olacağına yəqinlik tapacaq. Buna görə də, ləzzət və günahlara qərq olub, kamına çatmağa və sonra həyatının sonlarında tövbə etməyə çalışacaq. Deyə bilərsən ki, elə indinin özündə də ömür müddətinin məlum olmadığı və hər an ölümün gəlişini gözlədiyi halda belə insan murdar işlər görüb itaətsizlik edir. Cavabında deyirəm: Ömür müddətinin məlum olmamasının hikməti barədə dediyimiz öz qüvvəsində qalır. Ancaq bununla belə, insan yenə də çirkin əməllərdən qalmırsa bu artıq onun başının məstliyindən və ürəyinin daşlığındandır və işin fəlsəfəsinə, uzaqgörənliyin səhv olmasına dəlalət etmir.” [1]
[1] Biharul-Ənvar, c. 3, səh. 83.