Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
2 Dekabr 13:03
Şərh Yoxdur
5236

İmam Əlinin (ə) adı ilə məşhur olan surə hansıdır?

Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Hər kəs cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir”. (Tebyan/Deyerler)

“Vaqiə” surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.

“Vaqiə” surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.

Bu surədə adı çəkilən vaqiə – Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır.

“Vaqiə” surəsi Qiyamət gününün xüsusiyyətlərindən bəhs edir. Ancaq onun məzmununu 8 hissədə xilasə etmək olar:

1. Qiyamətin başlaması və onun qorxulu hadisələri.

2. O günü insanların qruplara ayrılması.

3. Qürb əhlinin məqamları və behiştdəki müxtəlif savabları.

4. Əshabi-yəminin halının şərhi və onlara verilən İlahi nemətlər.

5. Əshabi-şimalın halı və onlara verilən əzablar.

6. Məadın müxtəlif məsələlərinin zikri.

7. Can verən insanın halının təsvir edilməsi və başqa dünyaya köçməsi.

8. Möminlərin mükafatı və kafirlərin əzabına qısa nəzər.

 

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..