Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 İyul 10:18
4 Şərh
6801

Quranda heyvan adları ilə olan surələrin fəzilətləri

Qurani-Kərimdə beş surə vardır ki, hər biri bir heyvanın adı ilə adlandırılmışdır.

1. “Bəqərə” surəsi.

2. “Nəhl” surəsi.

3. “Nəml” surəsi.

4. “Ənkəbut” surəsi.

5. “Fil” surəsi.

Bu surələrin fəzilətləri barəsində çox sayda hədislərimiz vardır.

1. “Bəqərə” surəsi. Həzrə Peyğəmbərə (s) sual verirlər ki, Quranın hansı surəsinin və hansı ayəsinin fəziləti daha çoxdur? Həzrət (s) buyurur: ““Bəqərə” surəsi və “Ayətül-kürsü” ayəsi”.

2. “Nəhl” (arı) surəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Nəhl” surəsini oxuyar, Allah dünyada ona verən nemətlərdən Qiyamətdə hesab çəkməz”.

3. “Ənkəbut” surəsi. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Ənkəbut” surəsini oxuyar, Allah hər bir mömin və münafiqin sayı qədər əməl dəftərinə on həsənə yazar”.

4. “Nəml” (qarışqa) surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Şura”, “Nəml”, “Qəsəs” surələrini cümə gecəsində oxuyarsa, İlahi övliyalardan olar”.

5. “Fil” surəsi. İmam Sadiq (ə) buyurur: “Hər kim “Fil” surəsini vacib namazlarında oxuyar, Qiyamət günü dağ, dərə, səhra çınqılları şəhadət verər ki, o, namaz qılan olmuşdur”. (Tebyan/Deyerler)

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

‘Leylətül-məbit’ ayəsi və onun təfsiri

Qurani-Kərimin “Bəqərə” surəsinin 207-ci ayəsində buyurulur: وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ “İnsanlardan bəzisi Allahın razılığını qazanmaq... Davamı..

Qurani-Kərimdə axirət aləmi və onun adları – Allaha doğru qayıdış

Quran ayələrində Qiyamət və axirət aləmi ilə bağlı geniş şəkildə (10-dan çox) işlədilən ifadələrdən biri də “Allaha doğru qayıdış”dır. O cümlədən, “Ənkəbut” surəsinin... Davamı..

‘Mübahilə’ ayəsi və onun qısa izahı

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا... Davamı..

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..