“Şura” surəsi – Qurani-Kərimin 42-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 53 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Şura” surəsini oxuyar – o kəslərdən olar ki, mələklər ona salam göndərir və onun üçün bağışlanma və İlahi rəhmət istəyirlər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Şura” surəsini oxuyar, Allah Qiyamət günü onu elə məhşur edər ki, üzü qar kimi ağ və günəş kimi parlayan olar, o zamana qədər ki, Allah Təalanın yanında dayanar. Allah buyurar: “Ey bəndəm! “Şura” surəsini oxumağı davamlı etmisən, halbuki savabından agah deyildin. Ancaq əgər savabını bilsəydin, daima qiraət edərdin. Mən sənin mükafatını kamil şəkildə sənə verirəm”. Sonra buyurar: “Onu behiştə aparın və ona qırmıqı yaqutdan olan qəsri verin ki, Allah ona şərafət vermişdir. O cürdür ki, bayırından içərisi və içərisindən bayırı görünür. Orada min behişt hurisi və min xidmətçi qadın, min xidmətçi kişi ona xidmət etmək üçündürlər”.(Tebyan/Deyerler)
Bu surənin bərəkətləri.
1. Susuzluğu dəf edər. İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni yazar, yuyar və suyundan səfərdə içərsə, ondan sonra suya (kəskin) ehtiyacı olmaz və susuzluğa düçar olmaz”.
2. Şəkki aradan qaldırar. İmam Sadiq (ə) buyurur: “Hər kim “Şura” surəsini yazar və onu yuyar və bu suyu gillə qarışdırar və əldə etdiyi gildən kuzə düzəldər və ondan sonra içinə su tökər və şəkk olan insan ondan içərsə, adi hala qayıdar”.
3. Xoş yuxular görmək. Əgər bu surəni yazıb və yatan zaman balışınızın altına qoysanız, xoş yuxular görərsiniz.
www.ahliman.info