“Taha” surəsi – Quranın 20-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 135 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Taha” surəsini oxuyar qiyamət günü bütün mühacirlərin və ənsarların savabı əta olunar”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah Təala Həzrət Adəmi (ə) xəlq etməzdən 2 min il əvvəl “Yasin” və “Taha” surələrini qiraət etmişdi və mələklər onu eşidən zaman demişdilər: “Xoş olsun o ümmətə ki, bu surələr onlara nazil olar və xoş olsun o kəslərin halına ki, bu surələrə batinlərində yer veriblər””. (Tebyan/Deyerler)
İmam Sadiq (ə) buyurur: “Taha” surəsini oxumağı tərk etməyin, çünki Allah onu sevir. Hər kim onu oxuyar, onu da sevər. Hər kim onu davam etdirməyi istəyər, Allah Qiyamət günü əməl dəftərini sağ əlinə verər və hesabını çətin çəkməzlər və ona o qədər mükafat verər ki, razı qalar”.
Bu surənin bərəkətləri.
1. Elçilikdə müsbət cavab almaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim (Taha) surəsini yazar və yaşıl parçada qərar verib elçiliyə gedərsə, elçiliyi rədd olmaz və hacəti yerinə yetər”.
2. Evliliyi asan olar. İmam Sadiq (ə) buyurur: “Hər kimin elçisi yoxdursa və ya elçiliyinə cavab vermirlərsə, “Taha” surəsini yazsın və yusun. Suyunu üzünə töksün və Allah onun evliliyini asan edər”.
3. Hacətin yerinə yetməsi. Böyük hacətinizin yerinə yetməsi üçün yüz dəfə Taha deyin, bir dəfə “İxlas” surəsini oxuyun, sonra yenə yüz dəfə Taha deyin, bir dəfə “İxlas” surəsini oxuyun və bu tərtiblə yeddi dəfə bu işi təkrar edin. O zaman ki, yeddi dəfə “İxlas” surəsini və 800 dəfə Taha sözünü dediniz, ondan sonra 17 dəfə “İxlas” surəsini oxuyun. Allah Təala hacətinizi yerinə yetirər.
4. Ağız xəstəliklərinin sağalması. Ağızda olan hər bir ağrı üçün bu surənin 1-5-ci ayələrini yazın və özünüzlə gəzdirin.
www.ahliman.info