Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Yanvar 18:02
Şərh Yoxdur
6474

Xəstəliyin şəfası, hafizəni gücləndirən, günahların bağışlanmasına kömək edən – “Həşr” surəsinin bərəkətləri

“Həşr” surəsi Qurani-Kərimin 59-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 24 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar behişt, cəhənnəm, ərş, kürsü, onun hicabları, yeddi qatlı səma, yeddi qatlı yer, hava, küləklər, quşlar, ağaclar, dağlar, günəş, Ay, mələklər – hamısı ona salam göndərər və onun üçün bağışlanma istəyərlər. Əgər “Həşr” surəsini oxuduğu gündüz və ya gecə vəfat edərsə, şəhid hesab olunar”.

İmam Sadiq (ə) buyurur: “Hər kim əsr “Həşr” və “Rəhman” surəsini oxuyar, Allah yalın qılınclı mələyi məmur edər ki, səhərə qədər onun qayğısına qalsın”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar, Allah firqəsinin üzvü olar ki, xilas olmuşlardır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman yatağa getmək istəsən, “Həşr” surəsini oxu və əgər ölsən, şəhid hesab olunarsan”.

Allahın əzim adı – elə adlardandır ki, bir çox maddi və mənəvi çətinlikləri həll edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın əzim adı – “Həşr” surəsinin son 6 ayəsindədir”. (Tebyan/Deyerler)

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim “Həşr” surəsinin son ayələrini gecə və ya gündüz oxuyarsa və həmin gündə və ya gecədə ölərsə, behişt ona vacib olar.

Bu surənin bərəkətləri.

1. Xəstəliyin şəfasıdır. Həzrət Peyğəmbər (s) buyurur: ““Həşr” surəsinin son üç ayəsini oxuyan zaman əlinizi başınıza qoyun və bu ayələri oxuyun ki, Allah tərəfindən Cəbrayilin (ə) əmridir. Bu əməl ölümdən savayı bütün xəstəliklərin şəfasıdır”.

2. Qorunmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini cümə gecəsində oxuyar, səhərə qədər müxtəlif bəlalardan amanda olar”.

3. Hafizəni gücləndirər. İmam Sadiq (ə) buyurur: “Hər kim “Həşr” surəsini yazar və pak su ilə yuyar və onu içər – güclü hafizə nəsibi olar”.

4. Günahların bağışlanılması. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsinin son üç ayəsini oxuyar – keçmiş və gələcək günahları bağışlanılar”.

5. Ayaq şişini aradan qaldırar. İmam Baqir (ə) Cabirə buyurur: “Nə zaman ayağının bir yeri şişsə, ona “Həşr” surəsinin son üç ayəsini 3 dəfə oxu ki, Allahın izni ilə həmin şiş yaxşı olsun”.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..