Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Sentyabr 10:22
Şərh Yoxdur
2741

Maddi, mənəvi, fiziki, ruzi və bir çox problemlərin həlli üçün həzrət Əlidən (ə) nəql olunan bu duanı oxuyun

Üveys Qərəni duası

Şiə dua kitablarında keçən rəvayətlərə görə, Üveys Qərəninin İmam Əlidən (ə) hədis etdiyi bu duanı oxumaq bir çox dünyəvi problemlərin, o cümlədən ruzi, xəstəlik, zalimlərin şərrindən amanda qalmaq və sair müşkilləri, çətinlikləri həll edər. Qarşımıza çıxan istənilən maddi, mənəvi və fiziki problemi aşmaq üçün bu duanı oxumaq tövsiyə edilib.

 

Ərəbcə:
«يَا سَلَامُ‏ الْمُؤْمِنُ‏ الْمُهَيْمِنُ‏ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ الطَّاهِرُ الْمُطَهَّرُ الْقَاهِرُ الْقَادِرُ الْمُقْتَدِرُ. يَا مَنْ يُنَادِي‏ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ‏ بِأَلْسِنَةٍ شَتَّى وَ لُغَاتٍ مُخْتَلِفَةٍ وَ حَوَائِجَ أُخْرَى. يَا مَنْ لَا يَشْغَلُهُ شَأْنٌ عَنْ شَأْنٍ أَنْتَ الَّذِي لَا تُغَيِّرُكَ الْأَزْمِنَةُ وَ لَا تُحِيطُ بِكَ الْأَمْكِنَةُ وَ لَا تَأْخُذُكَ نَوْمٌ وَ لَا سِنَةٌ، يَسِّرْ لِي مَا أَخَافُ عُسْرَهُ وَ فَرِّجْ لِي مِنْ أَمْرِي مَا أَخَافُ كَرْبَهُ وَ سَهِّلْ لِي مِنْ أَمْرِي مَا أَخَافُ حُزْنَهُ. سُبْحَانَكَ لَا إِلَهَ إِلَّا أَنْتَ- إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ‏ عَمِلْتُ سُوءاً وَ ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي‏ إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ- وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِينَ‏ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ صَلَّى اللَّهُ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ وَ آلِهِ وَ سَلَّمَ تَسْلِيماً».
سُبْحَانَكَ لَا إِلَهَ إِلَّا أَنْتَ- إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ‏ عَمِلْتُ سُوءاً وَ ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي‏ إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ- وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِينَ‏ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ صَلَّى اللَّهُ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ وَ آلِهِ وَ سَلَّمَ تَسْلِيماً».

 

Ərəbcə transkripsiya:

“Ya Səlamul-Mo`minul-Muhəyminul-Əzizul-Cəbbarul-Mutəkəbbir, ət-Tahirul-Mutəhhərul-Qahirul-Qadirul-Muqtədir.
Ya mən yunadi min kulli fəccin əmiqin bi-əlsinətin şətta və luğatin muxtəlifətin və həvaicə uxra.
Ya mən la yəşğəluhu şə`nin ən şə`n, əntəlləzi la tuğəyyirukəl-əzminətu və la tuhitu bikəl-əmkinətu və la tə`xuzukə nəvmun və la sinətun.
Yəssir li ma əxafu usrəhu və fərric li min əmri ma əxafu kərbəhu və səhhil li min əmri ma əxafu huznəhu.
Subhanəkə la ilahə illa əntə, inni kuntu minəz-zalimin, əmiltu suən və zələmtu nəfsi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə, vəl-həmdu lillahi rəbbil aləmin və la həvlə və la quvvətə illa billahil əliyyil-əzim. Və səlləllahu əla nəbiyyihi Muhəmmədin və alihi və səlləmə təslima”.

 

Tərcüməsi:
“Ey sağlamlıq və əmin-amanlıq verən, ey sığınacaq və pənah yerimiz, təhlükəsizliyimi təmin edən və (günahlarımı görməzdən gələrək bəla göndərməyən, yaşamaq və tövbə etmək üçün fürsət və) aman verən, ey (bizi bütün şərlərdən) qoruyan, ey izzətli qələbə və əzəmət sahibi, ey o kəs ki, (insanların düşünə biləcəyi və bilməyəcəyi bütün eyib və nöqsanlardan) pak və pakizəsən, ey düşmənlərini zəlil edərək qələbə çalan, ey qüdrətlilərin ən qüdrətlisi və ən böyük gücə sahib olan, ey sonsuz səhraların dərinliyindən müxtəlif dillərlə müxtəlif istəklər üçün çağırılan, ey o kəs ki, bir iş səni digər işlərdən saxlamır! Sənsən ki, zaman səni dəyişdirmir, məkan səni əhatə etmir, mürgüləmirsən və yatmırsan!
Çətinliyindən qorxduğum işləri mənə asan et, şiddətli sıxıntısından qorxduğum işlərdə mənə nicat ver, (düzəlməyəcəyindən qorxaraq) qüssə və kədərində boğulduğum işləri mənə asan et.
İlahi, səni bütün eyblərdən pak bilirəm, səndən başqa Allah yoxdur, mən zalimlərdən oldum, (günah işləməklə) pis iş gördüm, nəfsimə zülm etdim. İlahi, bağışla məni, çünki həqiqətən yalnız sən günahları bağışlayasan.
Həmd olsun aləmlərin rəbiinə. Əzəmətli və uca Allahdan başqa heç kimdə güc və qüvvət yoxdur.
Allahın coxlu salamı və salavatı olsun Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə).”

 

www.ahliman.info

Duanın mənbəsi:
Seyyid Tavus, “Məhcud-Dəəvat və Mənhəcul-İbadat”, s.103.
İbrahim Kəf`əmi, “əl-Bələdul-Əmin vəd-Dir`ul-Həsin”, s.377.

Digər “Mənəviyyat ” Xəbərləri

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

Zilhiccə ayının ilk ongününün müştərək əməlləri

Zilhiccə ayı bərəkətli,şərafətli və fəzilətli aylardan biridir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunur ki, Allah dərgahında heç bir ibadət və xeyir əməl bu ayın... Davamı..

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..