Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Oktyabr 13:29
Şərh Yoxdur
3826

İmam Sadiqin (ə) qədim peyğəmbərlərin kitablarından nəql etdiyi qüdsi hədisdə nə buyurulub?

İmam Sadiqin (ə) bəzi qədim peyğəmbərlərin kitablarından nəql etdiyi qüdsi bir hədisdə belə nəql olunur: “Allah-təala buyurur: “İzzət və cəlalıma, ərş üzərində rəfət və hökmümə and olsun, məndən qeyrisinə ümid bağlayanın ümidini puça çıxararam. Xalq arasında ona zillət libası geydirər, onu özümə yaxınlıqdan və fəzlimdən məhrum edərəm. Çətinliklər müşküllər mənim əlimdə olduğu halda o necə başqalarına ümid bağlayır?! Bütün bağlı qapıların açarı mənim əlimdə olan vaxt o necə məndən başqasının qapısını döyür?! Mənim evimin qapısı məni çağıranların üzünə açıqdır… O kimdir ki, çətinliklər vaxtı mənə ümid bağlayıb və mən onun ümidini puça çıxarmışam? O kimdir ki, böyük işlərdə mənə ümid edib və mən onun ümidini qırmışam? Mən bəndələrimin arzularını yadda saxladım, amma onlar bununla razılaşmadılar. Səmaları mənim təsbihim və mənə sitayişdən yorulmayanlarla (mələklərlə) doldurdum və onlara tapşırdım ki, heç vaxt bəndələrimlə mənim aramda olan qapıları bağlamasınlar. Amma onlar mənim sözlərimə (vədələrimə) etimad göstərmədilər. Məgər bəndəm bilmirmi ki, bir hadisə onun qapısını döydüyü vaxt mənim iznim olmadan kimsə onu qoruya bilməz?! Axı nə üçün məndən üz döndərirlər? Mən öz səxavətimlə məndən istəmədiklərini ona verdim. Verdiyimi geri alanda məndən istəmədi ki, ona bir daha əta edim. Yoxsa elə düşünür ki, məndən istəməmiş ona əta edərəm?! Məndən istəsə onun istəyinə cavab vermərəmmi?! Mən xəsisəmmi ki, bəndəm mənim haqqımda belə düşünür? Məgər bütün ətalar məndən deyilmi?! Məgər əfv və rəhmət mənim əlimdə deyilmi?! Məgər mən arzuların ünvanı deyiləmmi?! Beləsə, məndən savayı kim bu arzuları təmin edə bilər?! Ümid edənlər məndən qeyrisinə göz dikməyə qorxmurmu?! Əgər göylərin və yerin bütün əhli mənə ümid bağlasa, onların hər birinə bütün başqalarının arzu etdiyi qədər verərəm və mülkümdən qarışqa ayağı qədər azalmaz. Mənim ixtiyarımda olan bir mülk necə azalar?! Mənə itaətsizlik edib məndən qorxmayanın vay halına!”[1]

 

www.ahliman.info

[1] Üsuli-kafi”, c. 2, bab 218, s. 66, h. 7

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..