Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Noyabr 09:38
Şərh Yoxdur
4791

Əgər birinin xasiyyəti pisləşsə, onun qulağına azan oxuyun

Həzrət Məhəmməd (s) Peyğəmbər buyurub:

“Bilal! Dur, bizə namazla rahatlıq bəxş et.”[1]

“Şeytan namaza dəvət səsini eşidəndə qaçar.”[2]

“Göyün əhli yer sakinlərindən azan səsindən başqa bir şey eşitmirlər.”[3]

 

Müəzzin (Azançı)

Həzrət Məhəmməd (s) buyurub: “Müəzzinin günahları onun səsi çatan və gözü görən miqdarda bağışlanar. Və hər bir quru və yaş onu (sözlərini) təsdiqləyir və onun azanı ilə namaz qılanların sayı qədər onun üçün savab yazılır.”[4]

İmam Əli (ə) buyurub: “Azanı gərək sizin ən fəsahətliniz desin və pişnamazlığı dini məsələləri ən yaxşı biləniniz etsin.”[5]

 

Qulağa azan oxumaq

Həzrət Məhəmməd (s) buyurub: “Ey Əli! Dünyaya oğlun və ya qızın gələn zaman onun sağ qulağına azan, sol qulağına iqamə oxu. Belə olan halda Şeytan heç vaxt ona zərər-ziyan vurmaz.”[6]

İmam Sadiq (ə) buyurub: “Əgər birinin xasiyyəti pisləşsə, onun qulağına azan oxuyun.”[7]

 

www.ahliman.info

[1] Kənzul-Ummal,hədis 20954

[2] Kənzul-Ummal, hədis 20951

[3] Kənzul-Ummal, hədis20934

[4] Biharul-Ənvar, c.84, səh.104,  hədis 2, əl-müqniə, səh.98

[5] Dəaimul-islam, c.1,  səh.147

[6] Tuhəful-Uqul, səh.13

[7] Biharul-Ənvar, c.104,  səh.122,  hədis 61

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..