Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 Avqust 13:54
2 Şərh
8500

“Əgər bilsəydiniz ki, onda nə bərəkətlər gizlənmişdir, işlərinizi tətil edib onu öyrənərdiniz” – “Nəbə” surəsinin fəzilətləri

Nəbə” surəsi Quranın 78-ci surəsidir ki, Məkkədə nazil olmuşdur və 40 ayəsi vardır.

Həzrət Peyğəmbər (s) bu surə haqqında buyurur: “Hər kim “Nəbə” surəsini oxuyar, Allah Qiyamət günü ona sərin içki içizdirər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: ““Nəbə” surəsini öyrənin, əgər bilsəydiniz ki, onda nə bərəkətlər gizlənmişdir, işlərinizi tətil edib onu öyrənərdiniz. Onun vasitəsilə Allaha yaxınlaşın. Allah onun vasitəsilə günahlarınızı bağışlayar, Ona şirk bəsləməkdən savayı”. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Bu surədə “Əzim Nəbə” dedikdə, məqsəd Əmirəl-mömininin (ə) vilayətidir”.

İmam Əli (ə) buyurur: “Allahın heç bir ayəsi məndən böyük və heç bir əzim nəbəsi məndən əzim deyildir”.

Bu surənin bərəkətləri.

1. Allah evinə getmək. İmam Sadiq (ə) buyurur: “Hər kim bir il “Nəbə” surəsini oxumağı davam etdirsə və hər gün onu oxusa o ildən xaric olmaz, məgər o halda ki, Allahın evini ziyarət edər”.

2. Gecə oyaq qalmaq üçün. İmam Sadiq (ə) buyurur: “Hər kim gecə oyaq qalmaq istəyirsə, əgər “Nəbə” surəsini oxuyarsa belə olar. Gecə səfərə çıxmaq istəyən üçün onu oxumaq faydalıdır və oğruların və quldurların şərindən amanda qalar”.

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..