Həzrət Adəmlə (ə) həyat yoldaşının cənnətdə yaşayacaqları ilə bağlı mövzu doğru deyildir. Belə ki, Allah Təala yaradılışın əvvəlində istəyirdi ki, yer üzündə Öz xəlifəsini xəlq etsin, nəinki behiştdə. “Və(yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: «Həqiqətən Mən yer üzündə bir canişin(Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam»”. (“Bəqərə” 30).
“Həqiqətən Biz (Lövhi-Məhfuzdan sonra bütün səma kitablarında), Zikrdən (Musanın Tövratından) sonra (Davudun)Zəbur(un)da(və bu kitabların hamısından sonra Qur’anda) yazdıq və qərara aldıq ki, bu yerin varisi (sahibi, hakimi və bərəkətlərindən tam istifadə edən) Mənim saleh bəndələrim olacaqlar (və bunları qəsbkarların və zalım rəhbərlərin əlindən alıb ədalət imamları və onların canişinlərinə ötürəcəklər)”. (“Ənbiya” 105).
Allah Təala Adəmi (ə) yerdə yerləşdirməzdən ona iki imtahan verir:
1. Ona sual verir və adları soruşur və o, da mələklərin qarşısında göstərir ki, xəlifə olmağa layiqdir.
2. Allah Təala Adəmi (ə) imtahana çəkmək istəyir və ona buyurur: “Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına)yaxınlaşmayın ki, zalımlardan olarsınız»”. (“Bəqərə” 35). Bu ayəni dərindən incələdikdən sonra bu nəticəyə gəlmək olur ki, xitab olunan insanlar sadəcə Adəm və Həvvadır, nəinki bütün insanlıq. Çünki Allah Təala buyurur ki, ey Adəm! Ancaq sən və həyat yoldaşın behiştdə sakin olun. Əgər biz də behişt əhli olmalıydıqsa və Adəm (ə) ilə Həvvanın səhvinə görə orada ola bilmiriksə, övladın valideynlərinə görə cəzalandırılması – zülmdür. Allah Təala isə zülmdən uzaqdır. Ona görə də behişt ancaq Adəm (ə) və Həvvaya aid olmuşdur, nəinki bütün bəşərə. Allah onara behiştdə imtahan verir və ağaca yaxınlaşmamaqlarını buyurur. Lakin onlar çaşırlar. Əgər şeytanın vəsvəsəsi olmasaydı da, insan yer üçün xəlq olmuş varlıqdır və gərək Yer kürəsinə gəlsin ki, imtahan oluna bilsin. Behiştdə vəzifə və təklif mövcud deyildir və ona görə də heç bir əmr və nəhy də yoxdur. İnsan gərək əməlinə görə behiştə daxil olsun, ancaq Adəm (ə) elə bir əməl görməmişdi ki, orada əbədi olaraq qalsın. Adəm (ə) behiştdə cavidan qalmadığını bilirdi və ona görə də şeytan (lən) onu məhz bu yoldan vəsvəsə edir və deyir ki, əgər bu ağacın meyvəsindən yesən, cavidan olarsan. O, da şeytanın bu vəsvəsinə aldanır.
İmam Sadiqə (ə) Adəmin (ə) behiştilə bağlı sual verirlər. Həzrət (ə) belə cavab verir: “Dünya bağlarından biri idi ki, Günəş və Ay ona nur saçardı. Əgər behişt cavidan olsaydı, Adəm (ə) heç bir zaman ondan çıxarılmazdı”.
Ona görə də deyə bilərik ki, bizim behiştdə sakin olmağımız heç bir zaman qərarlaşdırılmamışdır. Həzrət Adəm (ə) və Həvva da orada əbədi qalmaq üçün xəlq olmamışdılar. Yaradılışın əvvəlində insan yerin xəlifəsi olmaq üçün xəlq olunmuşdu. Əgər Adəm (ə) bir neçə gün behiştdə olubsa, imtahan olmasına görə idi. Adəm (ə) üçün bir dərs idi ki, necə məsuliyyəti öhdəsinə götürəcək və ondan boyun qaçırtmayacaqdır. İnsan o zaman əbədi behiştə qovuşar ki, İlahi imtahanın və vəzifələrinin öhdəsindən ən yaxşı şəkildə gəlmiş olar. (İslami saytlara istinadən)
www.ahliman.info